“Fiziki infrastruktur” işçi qrupunun video-konfrans formatında iclası keçiriləcək
22 sentyabr 2023-cü il tarixində, saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun video-konfrans formatında iclası keçiriləcək.
İclas zamanı Qlobal İnnovasiyalar İndeksi hesabatında aşağı balla qiymətləndirilmiş və ya heç qiymətləndirilməmiş indekslərin və göstəricilərin daha da yaxşılaşdırılması üçün təkliflərin dinlənilməsi, “Su şəbəkəsinə qoşulma” işçi qrupu tərəfindən görülmüş işlər haqqında təqdimatın edilməsi nəzərdə tutulur. Eyni zamanda “Paylayıcı şəbəkələr üzrə enerji təchizatının keyfiyyət göstəricilərinin təyin edilməsi Metodikası”nın tətbiqi nəticəsində əldə olunan nailiyyətlər və Bakı şəhərində ictimai nəqliyyatın tənzimlənməsi və görülən tədbirlər haqqında hesabatların təqdim olunması kimi mövzuların müzakirəsi planlaşdırılır.
Keçiriləcək iclasla əlaqədar vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət” (https://azranking.az/online-apply) bölməsinin “Təklif göndər” onlayn xidməti vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilər.