“Fiziki infrastruktur” İşçi qrupunun növbəti iclası keçiriləcək

“Fiziki infrastruktur” İşçi qrupunun növbəti iclası keçiriləcək

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” İşçi qrupunun növbəti iclası 2022-ci il 26 sentyabr tarixində saat 16:00-da onlayn formada (Zoom platforması üzərindən) keçiriləcək.

 

İclasda İşçi qrupunun 2022-ci il üzrə Fəaliyyət Planında əks olunmuş tədbirlərin icrası ilə bağlı hesabatların dinlənilməsi nəzərdə tutulur.

 

Qeyd olunan fəaliyyət sahəsi üzrə təklif vermək və ya İşçi qrupun iclasında iştirak etmək arzusunda olan şəxslər https://azranking.az saytında “Onlayn Müraciət” səhifəsinə daxil olaraq müraciət edə bilərlər.