Dövlət siyasətinin önəmli istiqaməti: Rəqəmsallaşma dövlət xidmətlərinin keyfiyyətini artırır – AZƏRTAC-ın məqaləsi
Azərbaycanda rəqəmsal transformasiya dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Prezident İlham Əliyev bu il fevralın 27-də Azərbaycanda rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsinə yönəlmiş Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın yaradılmasında məqsəd ölkədə rəqəmsal transformasiya proseslərinin daha sistemli şəkildə idarə olunmasını təmin etmək, dövlət qurumları arasında koordinasiyanı gücləndirmək və bu sahədə vahid siyasətin həyata keçirilməsinə nail olmaqdır.
AZƏRTAC-ın məqaləsini təqdim edirik.