Bir qrup rabitə və informasiya texnologiyaları sahəsi işçisi fəxri adlar və mükafatla təltif edildi

Bir qrup rabitə və informasiya texnologiyaları sahəsi işçisi fəxri adlar və mükafatla təltif edildi

6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı və ölkəmizdə telefon rabitəsinin yaradılmasının 139 illiyi ilə əlaqədar olaraq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin müvafiq əmri ilə respublikada bu sahənin inkişafında böyük əməyi olan bir qrup işçi fəxri adlar və mükafatla təltif edilib.

 

“Aztelekom” MMC üzrə 5, “Bakı Telefon Rabitəsi” MMC üzrə 10, “Azərpoçt” MMC üzrə 4, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi üzrə 3, “Azerbaijan International Telecom” MMC üzrə 2, Məlumat Hesablama Mərkəzi üzrə 1, Dövlət Radiotezliklər İdarəsi üzrə 3 əməkdaşa “Rabitə ustası” fəxri adı verilib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatı üzrə 5, Elektron Təhlükəsizlik Xidməti üzrə 1, “Aztelekom” MMC üzrə 6, “Bakı Telefon Rabitəsi” MMC üzrə 10, “Azərpoçt” MMC üzrə 3, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi üzrə 2, “Azerbaijan International Telecom” MMC üzrə 5, Məlumat Hesablama Mərkəzi üzrə 6, Dövlət Radiotezliklər İdarəsi üzrə 6, “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti üzrə 1, İnnovasiyalar Agentliyi üzrə 2, “Azercell Telekom” MMC üzrə 84, “Azerconnect” MMC üzrə 20 əməkdaş Fəxri fərmanla təltif olunub.