“Baku Taksi” avtomobillərini Azərbaycan bayrağı ilə bəzədi

“Baku Taksi” avtomobillərini Azərbaycan bayrağı ilə bəzədi

Xalqımız rəşadətli ordumuza öz rəğbətini və hisslərini hər sahədə müxtəlif formalarda bildirir.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi​ “Bakı Taksi Xidməti” MMC də öz növbəsində ordumuza dəstək və sərnişinlərdə ruh yüksəkliyi yaratmaq məqsədilə tabeliyindəki​ taksi minik avtomobillərinin üzərinə şanlı Azərbaycan bayrağının təsvirini yerləşdirib.

 

Bayrağımızın qüdrəti bizə bu gün də qələbə sevinci yaşatsın ümidi ilə yola çıxan BTX-nin sürücüləri bayrağımızın əks olunduğu avtomobillərini Qarabağ yollarında sürəcəkləri günün yaxın olduğuna əmindirlər.