Xəbər

“Aztelekom” Slavyanka kəndini GPON texnologiyası ilə yüksəksürətli internetlə təmin etməyə başlayıb

Xəbər
“Aztelekom” Slavyanka kəndini GPON texnologiyası ilə yüksəksürətli internetlə təmin etməyə başlayıb

“Aztelekom” MMC Gədəbəy rayonunun Slavyanka kəndində GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb. Rayonun Slavyanka kəndində 1004 ev təsərrüfatı yüksəksürətli internetlə əhatə edilib. Hazırda 124 abunəçi bu xidmətlərdən yararlanır və yeni qoşulmalar davam edir.

 

Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur. Həmin paketlər aşağıdakı kimidir:

 

– internet

– internet + telefoniya

– internet + televiziya

– internet + telefoniya + televiziya

 

Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.

 

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (ünvan: Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə 35), həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.

 

Qeyd edək ki, müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.