Xəbər

“Aztelekom” Laçın rayonunu yüksəksürətli internetlə təmin etməyə başlayıb

Xəbər
“Aztelekom” Laçın rayonunu yüksəksürətli internetlə təmin etməyə başlayıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı təsdiq etməsindən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qarşısında duran prioritet məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə telekommunikasiya sahəsinin inkişafıdır.

İşğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi olaraq “Aztelekom” MMC tərəfindən Laçın şəhərində 800 evdə GPON texnologiyasının tətbiq olunması üçün layihə hazırlanıb, şəbəkə quraşdırılıb. Laçın şəhəri ilə yanaşı, rayonun Zabux və Sus kəndləri də GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında layihələndirilib. İşlər tamamlandıqdan sonra Zabux kəndində 250, Sus kəndində 75 ev təsərrüfatı xidmətlərdən yararlana biləcək.

Qeyd edək ki, müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur. Sözügedən paketləri əldə edən abunəçilər tək internet xidməti deyil, “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” paketlərini əldə edə bilərlər.