Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna prezidentliyi dövründə görülən işlər barədə medianın sualları cavablandırılıb
Beynəlxalq Nəqliyyat Forumunun Sammiti çərçivəsində xarici media nümayəndələri üçün brifinq təşkil olunub.
Brifinqdə Azərbaycanın Forumda prezidentliyi dövründə görülən işlər barədə ətraflı məlumat verilib və jurnalistlərin sualları cavablandırılıb.
Qeyd olunub ki, bu müddət ərzində ölkəmizin təşəbbüsləri qlobal nəqliyyat gündəliyinin formalaşmasına mühüm töhfə verib.