"Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi - informasiya cəmiyyətinə keçid” mövzusunda müsabiqə
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi ilə bağlı kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsini elan edir.
I. Mövzu:
"Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi- informasiya cəmiyyətinə keçid”
II. Mükafatlandırma
I yer - 1 nəfər - 1000 manat
II yer - 1 nəfər - 800 manat
III yer - 1 nəfər - 600 manat
Həvəsləndirici mükafat – 5 nəfərədək (hər biri) – 300 manat
Müsabiqədə yer tutacaq şəxslərin adları 2016-cı il dekabr ayının 6-dək açıqlanacaq.
III. Müsabiqə şərtləri
Materiallar mövzunu əhatə etməli;
Fakt və hadisələr düzgün təhlil edilməli;
İfadə vasitələrinin zənginliyi nəzərə alınmalı;
Yazı informasiya tutumlu olmalı;
Müsabiqəyə 2016-cı ilin noyabr ayının 1-dən noyabr ayının 25-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc olunan yazılar buraxılacaq;
Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur;
Yazılar 8-10 min işarədən çox olmamalı;
Yazıda ““ Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi- informasiya cəmiyyətinə keçid” mövzusunda keçirilən müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.
Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmaya da bilər.
Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində yayımlanması yolverilməzdir.
IV. Yazıların təqdim edilməsi qaydaları
- müsabiqə üçün yazılar press@mincom.gov.az elektron poçt ünvanına göndərilə və ya ayrıca zərfdə (elektron məlumatlar diskə yazılmaqla) təqdim oluna bilər. Hər iki halda yazı təqdim edən şəxsin telefonu, elektron poçt ünvanı göstərilməlidir.
Təqdim olunmalıdır:
- müsabiqə üçün verilmiş yazının dərc olunduğu qəzet və jurnalın 1 nüsxəsi;
- qəzət və jurnalda nəşr olunmuş yazıların elektron forması (Times New Roman,14 şirift ölçüsü ilə müəllifin adı qeyd olunmamaqla);
- elektron media resursunda yayımlanmış yazı Microsoft Word (Times New Roman,14 şirift ölçüsü ilə müəllifin adı qeyd olunmamaqla) formatında və yazının linki göstərilməklə;
- yazı təqdim edən şəxsin kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin və şəxsiyyət vəsiqəsinin surəti;
Müsabiqə üçün yazılar 2016-cı il noyabr ayının 1-dən noyabr ayının 25-dək həftənin iş günləri saat 09.00-dan 18.00-dək Bakı şəhəri, Zərifə Əliyeva 77 ünvanında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İctimaiyyətlə Əlaqələr sektorunda qəbul ediləcək.
Bütün iştirakçılardan müsabiqə qaydalarına əməl etməyi xahiş edir və hər birinə uğurlar arzulayırıq.
Əlaqə üçün: (012) 493 31 13