Azərbaycan nümayəndə heyəti İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin Forumunda iştirak edir
Cari ilin 2-6 may tarixlərində Cenevrədə (İsveçrə) “WSIS -2016” - İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin (World Summit on the Information Society) Forumu öz işinə başlayıb.
Tədbirin təşkilatçıları qismində BMT-nin bir sıra təsisatları, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD ), İnkişaf Proqramı (UNDP), Təhsil, Elm və Mədəniyyət Təşkilatı ( UNESCO) çıxış edir.
İnformasiya-kommunikasiya texnologiyaları sahəsində dünyanın ən böyük illik yığıncağı olan “WSIS -2016”-da Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Tədbir çərçivəsində keçirilən yüksək səviyyəli görüşdə - Nazirlər Toplantısında Azərbaycan nümayəndə heyətinin çıxışı, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.