1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şəhid övladları ziyarət olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şəhid övladlarını təbrik ediblər.
Şəhidlərin əmanəti olan övladları ziyarət olunub və onlara hədiyyələr təqdim edilib. Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi yad olunub.
Ziyarət zamanı şəhid ailələri Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən zəfər yürüşündən qürur hissi ilə söz açıblar. Onlar torpaqlarımızın erməni işğalından azad olunması ilə şəhidlərimizin qanının yerdə qalmadığını, qisaslarının alındığını bildiriblər.
Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi şəhid ailələri, müharibə veteranları və Vətənin müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxsləri daim diqqətdə saxlayır.