İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin, o cümlədən host provayderlərin uçotunu elan edir
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun və “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın tələblərini nəzərə alaraq, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi bildirir ki, Azərbaycan Respublikasında internet telekommunikasiya sahəsində xidmət göstərən operator və provayderlər, o cümlədən host provayderlər qeydiyyatdan keçməlidir.
İnternet telekommunikasiya xidməti göstərən operator və provayderlər, o cümlədən host provayderlər “Elektron hökumət” portalına https://e-gov.az/az/services/read/3731/ daxil olaraq autentifikasiyadan keçməklə və ərizə göndərməklə uçota durmalıdır.
Uçota durmaq üçün ərizə bu elan dərc edildiyi tarixdən başlayaraq 15 (on beş) gün ərzində verilməlidir.
Qeyd edilən tələbin icra edilməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər.
Əlavə sual və metodiki dəstək üçün registration@icta.az elektron poçt ünvanı və ya 0124981104 telefon nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.