Xəbər

Nazir Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yunq Ta Kimlə görüşüb

Xəbər
Nazir Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi Yunq Ta Kimlə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Baş katibi Yunq Ta Kimlə görüş keçirib.

​Azərbaycanın BNF-yə prezidentliyi ilə bağlı məsələlər, bu dövr üçün müəyyən edilən prioritetlər və təşkilatla əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

​Qeyd olunub ki, BNF-nin hazırda Bakıda keçirilən 4-cü rüblük iclasları uğurla davam edir.

​Görüşdə, həmçinin nəqliyyat sahəsində rəqəmsallaşma, kadr potensialının gücləndirilməsi istiqamətində əməkdaşlıq məsələləri, cari və növbəti ildə Bakıda keçiriləcək BNF tədbirləri barədə fikir mübadiləsi aparılıb.