Nazir Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Ağdaş şəhərinə səfəri çərçivəsində şəhid polkovnik-leytenant Əliyev Atəm Vaqif oğlunun ailəsini ziyarət edib.
Görüşdə ailə üzvləri şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi rəşadətli döyüş yolundan və şücaətlərindən danışıblar.