Qurum 1968-ci il 10 iyul tarixində Bakıda fəaliyyət göstərən “Texniki Radionəzarət Stansiyası”nın nəzdində yaradılıb və 1998-ci il 09 iyul tarixində Ədliyyə Nazirliyi tərəfindən Dövlət Radiotezliklər İdarəsi adı ilə dövlət qeydiyyatına alınıb.

 

Fəaliyyət istiqamətləri:

  • Spektrin idarəedilməsi: mülki məqsədlər üçün istifadə olunan radiotezlik spektrinin idarəedilməsi və tezliklərdən səmərəli istifadənin təmini;
  • Radiomonitorinq: ölkə ərazisində radiomonitorinq və radionəzarət işlərinin həyata keçirilməsi;
  • Uçot və qeydiyyat: Radiotezliklər üzrə Dövlət Komissiyasının qərarlarına əsasən radiotezlik nominallarının ayrılması, qeydiyyatı, uçotu və bu tezliklərdə işləyən radioelektron vasitələrinin istifadəsinə müvafiq icazələrin verilməsi;
  • Texniki nəzarət: radiotezliklərdən və radioelektron vasitələrindən istifadə edən müəssisə və təşkilatlarda texniki baxışların keçirilməsi;
  • Koordinasiya: radiotezliklərdən maneəsiz istifadənin təmin edilməsi üçün qonşu ölkələrin aidiyyəti qurumları ilə Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələri və milli maraqlar nəzərə alınmaqla tezliklərin koordinasiyası işlərinin həyata keçirilməsi;
  • Elektromaqnit uzlaşması (EMU): radioelektron vasitələrin elektromaqnit uzlaşmasının təmin edilməsi;
  • Efir təhlükəsizliyi: ölkə ərazisində televiziya və FM radioyayımlarının qəbul vəziyyətinin və əhatə dairəsinin müəyyən edilməsi, kənar yayımların ölkə ərazisinə nüfuzetmə vəziyyətinin mütəmadi olaraq nəzarətdə saxlanılması, müvafiq icazə alınmadan istifadə edilən radioelektron vasitələrinin aşkarlanması və müvafiq tədbirlərin görülməsi.
  • loqo PNG | 76.43K
  • loqo PDF | 1.40M