Azərbaycanda telefon rabitəsi 1881-ci ildə “Nobel qardaşları cəmiyyəti” tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə yaradılıb. 1886-cı ildə Bakıda mərkəzləşmiş kommutasiyalı telefon şəbəkəsinin 40 telefon istifadəçisi olub.

Müasir dünyada internetin əvəzolunmaz rolu və ölkəmizdə internetə artan tələbatın nəticəsi olaraq, 2001-ci il mayın 10-da “Bakı Telefon Rabitəsi” MMC-nin internet provayderi olan “Bakİnternet”in əsası qoyulub və şirkət genişzolaqlı internet xidmətləri təqdim etməyə başlayıb.

“Bakı Telefon Rabitəsi” MMC-nin göstərdiyi telekommunikasiya xidmətləri ən son yeni nəsil şəbəkə texnologiyası əsasında yüksək standartlara uyğun səviyyədə təşkil edilib. Şirkət müştərilərini hər zaman razı salmaq və ən yaxşı xidməti təqdim etmək üçün davamlı olaraq təkmilləşmə işləri aparır. Bakı şəhərində telekommunikasiya infrastrukturu mövcud olmayan yeni tikilmiş yaşayış binaları, eləcə də yeni salınmış yaşayış məskənləri ən müasir müvafiq infrastruktur ilə təmin olunur.

Hüquqi və fiziki şəxslərə göstərdiyi xidmətlərlə yanaşı, “Bakı Telefon Rabitəsi” MMC sosial layihələrə də böyük önəm verir, bu səbəbdən də 2017-ci ilin mart ayından başlayaraq, Bakı şəhərindəki istirahət parkları və bağlarda İctimai internet xidmətini təmin etməyə başlayıb. Hazırda Dənizkənarı Milli Park və Heydər Əliyev Mərkəzinin parkı ərazisində İctimai internet xidməti fəaliyyət göstərir və bu vaxta qədər milyonlarla istifadəçi pulsuz internetdən istifadə edib.

“Bakı Telefon Rabitəsi” MMC 1, 2, 3, 4, 5 və 6 saylı Rabitə xidmətləri mərkəzləri, o cümlədən “Şəbəkə” xidmət mərkəzləri vasitəsilə əhaliyə xidmət göstərir.

Rabitə qurğularının layihələndirilməsi sahəsində ixtisaslaşmış təşkilat olan “Azərrabitəlayihə” MMC, eləcə də telekommunikasiya operatoru “AzEuroTel” MMC “Bakı Telefon Rabitəsi” MMC-nin tabeliyində fəaliyyət göstərir.

 

Xidmətlər

“Bakı Telefon Rabitəsi” MMC Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə, ən əsası əhaliyə ən müasir texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və AİK, IP telefoniya kimi bir sıra digər telekommunikasiya xidmətləri göstərir.

  • loqo PNG | 464.79K
  • loqo PDF | 1.59M