Azərbaycanda telefon rabitəsi 1881-ci ildə “Nobel qardaşları cəmiyyəti” tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə yaradılıb.

İllər keçdikcə respublikanın bütün şəhər və kəndlərində rabitə əlaqəsinin yaradılması istiqamətində mühüm addımlar atılıb. 1992-ci ilin avqust ayında Telefon Rabitəsi İstehsalat Birliyinin əsasında təşkil edilmiş “Aztelekom” İstehsalat Birliyi respublikanın bütün bölgələrində bir sıra telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədilə yaradılıb.

Regionlarda əhalinin internetə olan tələbatı və istəyi nəzərə alınaraq, 2004-cü ildə “Aztelekom”un internet provayderi yaradılıb.

Bu gün “Aztelekom” MMC əhalinin rahatlığını təmin etmək məqsədilə Bakı şəhəri və Naxçıvan MR istisna olmaqla, ölkənin regionlarında genişzolaqlı internet xidmətlərinin göstərilməsi istiqamətində müxtəlif layihələr və tədbirlər keçirir.

Hazırda “Aztelekom” MMC öz tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi daxil olmaqla), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Təsərrüfatına Xidmət Mərkəzini (KTXM) birləşdirir.

“Aztelekom” MMC 2014-cü ildə “Consulting & Business” jurnalı tərəfindən təşkil olunmuş müsabiqədə “Rabitə və informasiya texnologiyaları üzrə ilin şirkəti” nominasiyalı mükafata, 2018-ci ilin dekabr ayının 20-də “Caspian Business Award 2018” beynəlxalq mükafatının təqdimetmə mərasimində “Aztelekom” MMC “Keyfiyyətli telekommunikasiya xidmətləri göstərən ilin şirkəti” mükafatına layiq görülüb.

2019-cu ildə “Aztelekom” MMC “Telekommunikasiya xidmətlərinə nəzarət prosesi və satışı” üzrə İSO 9001:2015 sertifikatını əldə edib.

 

Xidmətlər

Azərbaycan Respublikasının milli rabitə operatoru olan “Aztelekom” MMC fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif rabitə xidmətləri göstərir. Bu xidmətlər arasında stasionar telefon və internet xidmətləri, yeni nəsil GPON texnologiyası ilə təmin olunan telefon, internet və rəqəmsal TV xidmətləri, o cümlədən digər telekommunikasiya xidmətləri yer alır.

  • loqo PNG | 154.50K
  • loqo PDF | 1.49M