Azərbaycanda klassik formada poçt rabitəsinin yaradılması XIX əsrə təsadüf edir. 1818-ci il iyunun 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılıb. Müstəqilliyin ilk illərində Azərbaycanda poçt rabitəsi elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlayıb. 1997-ci ildə “Azərpoçt” İstehsalat Birliyi yaradılıb.
07.10.2004-cü il tarixindən “Azərpoçt” Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində fəaliyyət göstərən milli operator kimi, 31.08.2009-cu il tarixindən isə “Azərpoçt” DM-in təşkilati-hüquqi forması dəyişdirilərək “Azərpoçt” MMC kimi fəaliyyətini davam etdirib.
13.07.2021-ci ildə “Azərpoçt” MMC “Azərmarka” MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilib.
16.04.2010-cu ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən milli poçt operatoruna maliyyə xidmətlərinin göstərilməsi üzrə lisenziya verildikdən sonra “Azərpoçt” MMC poçt xidmətləri ilə yanaşı, maliyyə xidmətləri də göstərməyə başlayıb.
“Azərpoçt” MMC-nin strukturuna “Azərexpresspoçt” RM, “Poçt Daşıma Mərkəzi” və Mərkəzi Xüsusi Rabitə İdarəsi daxildir.
“Azərpoçt” MMC-nin fəaliyyətinin əsas məqsədi əhaliyə və müştərilərə yüksək keyfiyyətli poçt və maliyyə xidmətlərinin göstərilməsidir.
Cəmiyyətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
Poçt xidmətləri sahəsində:
- ümumi istifadədə olan poçt rabitəsi xidmətləri (universal, sürətli, kuryer və s.);
- xüsusi təyinatlı poçt rabitəsi xidmətləri;
- dövri mətbuatın abunəsi və satışı;
- teleqraf göndərişlərinin qәbulu vә çatdırılması;
- dövlət poçt ödəniş nişanlarının buraxılması;
- poçt məhsullarının (poçt nişanları, digər filateliya məhsulları və s.) hazırlanması və satışı;
- poçt markaları və digər filateliya məhsullarının xaricdə nümayiş etdirilməsi və satışının təşkili;
- filateliya məhsullarının kataloqu və bülletenlərin buraxılması və satışının təşkili;
- digər ölkələrin filateliya məhsulları ilə respublika bazarının təmin edilməsi;
- dövlət filateliya kolleksiyasının təşkili;
- filateliya məhsullarının ehtiyat fondunun yaradılması və saxlanılması;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan digər poçt xidmətləri istiqamətlərində fəaliyyət göstərmək.
Maliyyə xidmətləri sahəsində:
- poçt hesablarının açılması və aparılması;
- pulköçürmələrinin həyata keçirilməsi;
- maliyyə təsisatlarında müxbir hesabların açılması;
- poçt əmanətlərinin qəbul edilməsi;
- ödəniş vasitələrinin, o cümlədən debet və kredit kartlarının, poçt çeklərinin buraxılması;
- xarici valyutanın alqı-satqısı;
- nağd pulun və digər qiymətlilərin inkassasiyası.
Biznes xidmətləri sahəsində:
- turizm və şəhərlərarası nəqliyyat gedişi biletlərinin, həmçinin lotereya biletlərinin satışı;
- yüklərin daşınması, logistika, anbar xidmətləri, ekspeditor və brokerlik (gömrük təmsilçiliyi) fəaliyyəti;
- elektron poçt və internet xidmәtlәrinin göstәrilmәsi;
- şәһәrlәrarası vә beynәlxalq telefon danışıqları xidmәtlәrinin göstәrilmәsi;
- kommunal və digər xidmət haqlarının yığılması;
- dövlət sosial sığorta ödənişlərinin (pensiya, müavinət və s.) vətəndaşlara çatdırılması;
- xırda ticarət və kommersiya xidmətlərinin təşkili;
- idxal və ixrac əməliyyatları;
- nəşriyyat-poliqrafiya, mətbuat və reklam fəaliyyəti;
- oymaçılıq-həkkaklıq məhsullarının hazırlanması;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan poçt fəaliyyətinə aid olan digər biznes xidmətləri istiqamətlərində fəaliyyət göstərmək.