I. Ümumi müddəalar
1. "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (bundan sonra - Nazirlik) qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydaları" (bundan sonra - Qaydalar) "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinə uyğun olaraq və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 614 nömrəli Fərmanınm 2-ci bəndinə əsasən hazırlanmışdır.
2. Qaydalar Nazirlikdə qulluq keçən dövlət qulluqçularının etik davranış qaydaları və onlara əməl olunması ilə bağlı təminatları konkretləşdirir.
3. Nazirlikdə qulluq keçən hər bir dövlət qulluqçusu (bundan sonra – dövlət qulluqçusu) xidməti davranışında qanunun aliliyinə, insan hüquqlarına, demokratik prinsiplərə və yüksək etik davranış qaydalarına əsaslanaraq "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa, habelə Nazirliyə aid fəaliyyəti ilə bağlı bu Qaydalara əməl etməyə borcludur.
4. Bu Qaydaların əsas məqsədi Nazirliyə və Nazirlikdə qulluq keçən dövlət qulluqçularına ictimaiyyət tərəfindən etimadın yüksəldilməsinə, dövlət qulluqçusunun fəaliyyətində səmərəliliyin artırılmasına, dövlət qulluqçusu tərəfindən etik davranış qaydalarına əməl edilməsinə nail olmaqdır.
II. Dövlət qulluqçularının etik davranış prinsipləri
5. Dövlət qulluqçularının etik davranış prinsipləri:
- 5.1. İnsanların hüquq, azadlıq, qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət prinsipi - Dövlət qulluqçusuunutmamalıdır ki, onun fəaliyyətinin əsas məqsədi insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməkdir.
- 5.2. Qanunçuluq prinsipi - Dövlət qulluqçusuvəzifələrinin icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, Azərbaycan Respublikasının qanunlarının və digər normativ hüquqi və normativ xarakterli aktlarının tələblərinə ciddi əməl etməlidir.
- 5.3. Vicdanlı davranış prinsipi - Dövlət qulluqçusu insan, cəmiyyət və dövlətin maraqları naminə öz xidməti vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Dövlət qulluqçusubütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.
- 5.4. Loyallıq prinsipi - Dövlət qulluqçusuonun xidməti vəzifəsinə aid olmadığı hallarda Nazirliyin və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusununelmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur. Dövlət qulluqçusuhər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, andına sadiq olmalı, qulluq keçmə ilə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə Nazirliyin və dövlət qulluqçusunun nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu təsiri bağışlayan hərəkətlərdən çəkinməlidir. Dövlət qulluqçusu ümumqəbulolunmuş milli əxlaq normalarına əməl etməlidir.
- 5.5. Mədəni davranış prinsipi - Dövlət qulluqçusuünsiyyətdə olduğu bütün şəxslərlə, o cümlədən birbaşa və yuxarı rəhbəri, həmkarları və ya tabeliyində olan şəxslərlə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Dövlət qulluqçusupeşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır.
- 5.6. Qərəzsizlik prinsipi - Dövlət qulluqçusuxidməti vəzifəsini yerinə yetirərkən, o cümlədən qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə, yaxud belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir. Dövlət qulluqçusuxidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.
- 5.7. İctimai etimad prinsipi - Dövlət qulluqçusuAzərbaycan Respublikasının, Nazirliyin və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, dövlət qulluqçusuadını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Dövlət qulluqçusu Nazirliyin və dövlət qulluğunun adına xәlәl gәtirә bilәn yerlәrdәn vә şәxslәrlә әlaqәdәn çәkinmәlidir. Dövlət qulluqçusuetik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmalı, ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. Dövlət qulluqçusu Nazirliyin və Nazirliyin vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.
- 5.8. Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi prinsipi - Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbəri tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.
- 5.9. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi prinsipi - Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır. Dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir. Qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz. Qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilməz.
- 5.10. Əmlakdan istifadə prinsipi - Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir. Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.
- 5.11. Məlumatlardan istifadə prinsipi -Dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir. Dövlət qulluqçusu dövlət orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir. Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.
- 5.12. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması prinsipi - Dövlət qulluqçusuöz qulluq borcunun məsuliyyətini dərindən dərk etməli, ixtisasını artırmalı, rəhbər vəzifə tutan dövlət qulluqçuları həmçinin, tabeliyində olan şəxslərin nəzəri biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görməlidir. Dövlət qulluqçusuxidməti vəzifələrinin yerinə yetirməsi ilə əlaqədar mövcud qanunvericilik aktlarını öyrənməlidir. Dövlət qulluqçusuetik davranışı və öz peşəkar fəaliyyəti ilə Nazirliyin və bütövlükdə dövlət qulluğuna hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.
III. Dövlət qulluqçusunun xidməti davranışı
6. Dövlət qulluqçusu:
- 6.1. xidməti vəzifəsini həyata keçirərkən süründürməçilik hallarına yol verməməli və bu cür halların əmələ gəlməsinə şərait yaratmamalı;
- 6.2. vətəndaşların qəbulundan əsassız olaraq imtina etməməli,vətəndaşların qəbulunu bilavasitə rəhbərinin müəyyən etdiyi halda həyata keçirməli, şəxs aidiyyəti üzrə müraciət etməmişdirsə, ona hara müraciət etməsi barədə məsləhətlər verməli, daxil olmuş müraciətləri mahiyyəti üzrə cavablandırmalı;
- 6.3. nitq mədəniyyətinə riayət etməli, şəxslərlə ünsiyyət zamanı onları səbirlə dinləməli;
- 6.4. dövlət qulluqçularının və vətəndaşların fikirlərinə hörmətlə yanaşmalı;
- 6.5. zəruri olan hallar istisna olmaqla, xidməti fəaliyyətini həyata keçirən zaman dövlət dilində danışmalı;
- 6.6. birgə və ya digər dövlət qulluqçusu tərəfindən görülmüş işlərin özü tərəfindən edildiyini iddia etməməli;
- 6.7. digər dövlət qulluqçusunun xidməti fəaliyyətini həyata keçirməsinə maneələr yaratmamalı;
- 6.8. хidməti vəzifələrini diqqətli, dəqiqlik və peşəkarlıqla yerinə yetirməli və bu zaman prinsipial, qərəzsiz, obyektiv və məsuliyyətli olmalı;
- 6.9. iş vaxtı ərzində iş rejiminin pozulmasına səbəb olan hərəkətlərə (ucadan danışmaq, xidməti telefondan istifadə ilə bağlı sui-istifadə hallarına) yol verməməli;
- 6.10. icra və əmək intizamına əməl etməli, həmçinin iş qrafikinə riayət etməli, iş yerinə vaxtında gəlməli, iş vaxtını kənar işlərə sərf etməməli, üzrsüz səbəbdən işdən yayınma hallarına yol verməməli və bilavasitə rəhbərinin icazəsi olmadan iş yerini tərk etməməli;
- 6.11. alkoqollu içkilər, narkotik, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməməli, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olmamalı;
- 6.12. xidməti zərurətlə bağlı hallar istisna olmaqla, rəhbərliyin müəyyən etdiyi qaydada geyinməli, хarici görünüşünü təmiz və səliqəli saxlamalı;
- 6.13. siqaret çəkilməsi qadağan olunmuş yerlərdə, həmçinin хidməti vəzifələrin yerinə yetirildiyi ictimai yerlərdə siqaret çəkməməli;
- 6.14. aralarında yaranan mübahisələrin Nazirliyin və dövlət qulluqçusunun nüfuzuna xələl gətirməsinə yol verməməli;
- 6.15. хidməti vəzifəsini yerinə yetirdiyi zaman ayrı-seçkiliyə və zorakılıq hərəkətlərinə yol verməməli;
- 6.16. kollektivdə gərginlik yaratmamalı və yaranan anlaşılmazlıqların ilkin mərhələdə həll edilməsi üçün tədbirlər görməli;
- 6.17. dövlət qulluqçularına və vətəndaşlara qarşı təhqiredici və hədələyici ifadələr işlətməməli;
- 6.18. rəhbərlikdə və kollektivdə həqiqətə uyğun olmayan, dövlət qulluqçusunun nüfuzuna xələl gətirən və ya gətirə biləcək məlumatları yaymamalı;
- 6.19. öz məqsəd və mənafeləri üçün digər dövlət qulluqçusunu onun hər hansı hərəkətinə görə təhdid etməməli;
- 6.20. qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçusunu qanuna zidd hərəkətə (hərəkətsizliyə) sövq etməməli;
- 6.21. rəhbər vəzifələrdə çalışan dövlət qulluqçuları ilə qulluq münasibətlərində tabeçilik qaydalarına və subordinasiyaya riayət etməli;
- 6.22. verilmiş tapşırıqların icrası ilə əlaqədar rəhbərliyi mütəmadi olaraq məlumatlandırmalı;
- 6.23. xidməti vəzifəsi ilə bağlı tədbirlərdə iştirakı (əvvəlcədən) və həmin tədbirlərin nəticəsi barədə bilavasitə rəhbərini məlumatlandırmalı;
- 6.24. xidmәti vәzifәlәri ilә әlaqәdar olan mәsәlәlәr üzrә göstәrdiyi kömәyin vә ya verdiyi mәslәhәtin müqabilindә haqq almamalı;
- 6.25. dövlət orqanlarında qanunvericiliyin tətbiqinə və ya dövlət qulluqçularının etik davranış qaydalarına nəzarətin həyata keçirilməsi zamanı yaxın qohumlarının və ya şəxsi yaxınlıq münasibətində olduğu şəxslərin işinin araşdırılması tapşırıldığı halda dövlət qulluqçusu araşdırma obyektinin dəyişdirilməsi məqsədilə rəhbərliyə məlumat verməli;
- 6.26. namizədlərdən hər hansı biri ilə yaxın qohumluq, şəxsi yaxınlıq, asılılıq, şəxsi ədavət münasibətində olduqda, yaxud obyektiv qiymətləndirməyə mənfi təsir edə bilən və ya müsahibənin digər prinsiplərinin pozulmasına səbəb ola bilən hallar mövcud olduqda müsahibə qrupunun (komissiyasının) üzvü olan dövlət qulluqçusu həmin müsahibədən kənarlaşdırılması məqsədilə rəhbərliyə məlumat verməli;
- 6.27. xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən məsələyə aidiyyəti olmayan amillərin təsiri altına düşməməli;
- 6.28. xidməti vəzifələrinin icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, belə cəhdlərin mövcudluğunu ehtimal etməyə əsas olduqda heç kimdən hər hansı formada hədiyyə, bəxşiş, ödənc və s. qəbul etməməli, bu barədə dərhal bilavasitə rəhbərinə məlumat verməli;
- 6.29. öz xidməti vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli, başqa əməkdaşların xidməti vəzifəsi ilə bağlı məsələlərin həllinə təsir etməyə cəhd etməməli, xidməti zərurət olmadan icraatında olan məsələlərə və sənədlərə maraq göstərməməli;
- 6.30. irəli çəkilməsi, mükafatlandırılması, imtiyazların əldə edilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamalı, kənar vasitəçilərin bu məsələyə müdaxiləsini qətiyyətlə rədd etməli;
- 6.31. şəxsi maraqları ilə xidməti vəzifəsi arasında yaranmış maraqlar toqquşmasını ictimai maraqlar naminə həll etməli;
- 6.32. işgüzar qaydalara və etik davranış qaydalarına uyğun olmayan davranışa qarşı tədbirlər görməli;
- 6.33. özünə və həmkarlarına qarşı tələbkar olmalı, etik davranış qaydalarının Nazirlikdə qulluq keçən hər hansı dövlət qulluqçusu tərəfindən pozulması halları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbir görməli, zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməli;
- 6.34. qeyri-mədəni davranışla bağlı hər hansı şəxslə münasibətdə anlaşılmazlıq yarandığı halda bilavasitə rəhbərinə məlumat verməli;
- 6.35. verilmiş tapşırığın qeyri-etik, hüquqa zidd olduğunu hesab etdiyi halda dərhal tapşırığı vermiş rəhbər vəzifəli şəxslə əlaqə saxlayıb həmin tapşırığı aydınlaşdırmalı;
- 6.36. xidməti fəaliyyəti ilə bağlı əldə etdiyi məlumatların konfidensiallığını iş vaxtından sonra da qorumalı;
- 6.37. mətbuata birbaşa müsahibə verməməli və müsahibə ilə bağlı təklif aldıqda sorğunu məsul şəxsə yönəltməli;
- 6.38. dövlət orqanının fəaliyyətinə aid hər hansı iş barədə məlumatı yalnız rəhbər tərəfindən icazə verildiyi halda rəsmi açıqlamalı;
- 6.39. dövlət qulluqçusuzərurət olmadan nəqliyyat, xidmət və digər sahələrdə hər hansı üstünlük əldə etmək məqsədi ilə öz statusundan istifadə etməməli;
- 6.40. dövlət qulluqçusuxüsusi zәrurәt olmadıqda özünün ödәmә imkanlarından artıq mәblәğlәrdә borclarının yaranmasına yol vermәmәli;
- 6.41. dövlət orqanının resurslarının təhlükəsizliyini təmin etməli və onlardan sui-istifadə və boş yerə istifadə etməməli (xidməti avadanlıqdan az (nadir hallarda) və kiçik həcmdə şəxsi məqsədlər üçün istifadə edilə bilər);
- 6.42. istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməli;
- 6.43. dövlət orqanının rəsmi e-mailindən yalnız rəsmi istifadə üçün istifadə etməli;
- 6.44. hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməli;
- 6.45. qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, onlardan imtina etməli;
- 6.46. xidməti vəsiqəsinin saxlanmasında məsuliyyətli olmalı.
IV. Rəhbər vəzifə tutan dövlət qulluqçularının xidməti davranışına əlavə tələblər
7. Rəhbər vəzifə tutan dövlət qulluqçusu:
- 7.1. tabelikdə olanların xidməti vəzifə və səlahiyyətlərinin dairəsini dəqiq müəyyənləşdirməli;
- 7.2. tabelikdə olanlara icrası mümkün olmayan tapşırıqlar verməməli;
- 7.3. tabelikdə olanlara verilmiş tapşırıqların icrası ilə bağlı mütəmadi olaraq maraqlanmalı, onlara metodik köməklik göstərməli, yaranmış problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görməli;
- 7.4. Nazirliyin və struktur bölmənin fəaliyyəti ilə bağlı tabeliyində olanların qanunvericiliyə uyğun və Nazirliyin nüfuzunun artırılması məqsədilə verdikləri təklifləri öyrənməli, dövlət qulluqçuları tərəfindən verilmiş təkliflərə hörmətlə yanaşmalı;
- 7.5. bilavasitə tabelikdə olanların onunla birbaşa əlaqə saxlaması üçün şərait yaratmalı, bu sahədə bürokratik əngəllərə yol verməməli;
- 7.6. xidməti fəaliyyəti ilə bağlı tabelikdə olanların kənar şəxslərin təsirindən müdafiə edilməsi üçün müvafiq tədbirlər görməli;
- 7.7. xidməti fəaliyyətin həyata keçirilməsi zamanı meydana çıxa biləcək mümkün etik dilemmalar barədə tabelikdə olanları qabaqcadan məlumatlandırmalı, bu halda edilməsi dəstəklənən hərəkətlər barədə onları təlimatlandırmalı;
- 7.8. tabeliyində olan dövlət qulluqçularına xidməti fəaliyyətini keyfiyyətlə icra etməyə və özlərini inkişaf etdirməyə imkan verən normal iş şəraiti yaratmalı;
- 7.9. tabelikdə olanların işgüzar qaydalara və etik davranış qaydalarına əməl etməsinin təmin edilməsi üçün zəruri tədbirlər görməli;
- 7.10. şəxsi maraqlardan irəli gələn məsələlərlə bağlı şəxsən və ya digər şəxslər vasitəsi ilə tabelikdə olanlara təzyiq etməməli;
- 7.11. subyektiv meyarlara əsasən tabelikdə olanlara münasibətdə ayrı-seçkilik aparmamalı, güzəştli münasibət göstərməməli və imtiyazlar verməməli;
- 7.12. tabelikdə olanların şərəf və ləyaqətinə, o cümlədən şəxsiyyətinə hörmətlə yanaşmalı;
- 7.13. tabelikdə olanlarla kobud rəftara, əsassız tənqid və ittihamlara yol verməməli;
- 7.14. öz davranışı ilə tabelikdə olanlar üçün nümunə olmalı;
- 7.15. rəsmi ləvazimatlardan sui-istifadə hallarına yol verməməli.
V. Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması
8. Dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir. Dövlət qulluqçusunun birbaşa və ya yuxarı rəhbəri bu Qaydalarda nəzərdə tutulmuş tədbirləri görür.
9. Etik davranış qaydalarına əməl olunmasına nəzarət Nazir tərəfindən məsul şəxs Etik Müvəkkil vasitəsilə həyata keçirilir.
10. Etik davranış qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar həyata keçirilir:
- 10.1. dövlət qulluqçularının xidməti davranışının bu Qaydalarla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət edilməli və onun təhlili aparılmalı;
- 10.2. dövlət qulluqçuları arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparılmalı;
- 10.3. rəhbər vəzifə tutan dövlət qulluqçularıtərəfindən tabeliyində olan şəxslər hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq edilməməli;
- 10.4. etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülməli;
- 10.5. dövlət qulluqçularına etik davranış qaydaları izah edilməli və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verilməli;
- 10.6. etik davranış qaydaları və dövlət qulluqçuları tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə vətəndaşları və təşkilatları məlumatlandırmaq üçün tədbirlər görülməli;
- 10.7. etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə maraqlı tərəflər məlumatlandırılmalıdır.
11. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.
12. Aşağıdakı hallarda dövlət qulluqçusu barəsində intizam icraatına başlanıla bilər:
- 12.1. “Etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun və ya bu Qaydaların müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;
- 12.2. kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən “Etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun və ya bu Qaydaların müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi.