Xəbər - sosial məsuliyyət

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirib

Xəbər - sosial məsuliyyət
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirib

“Heydər Əliyev İli” çərçivəsində Tərtər rayonunun Xoruzlu kəndində ağacəkmə aksiyası keçirilib.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan aksiyada rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, nazirliyin əməkdaşları və Xoruzlu kənd tam orta məktəbinin kollektivi iştirak edib.

Aksiya zamanı sözügedən ərazidə 30 ədəd Eldar şamı, 30 ədəd sərv, 30 ədəd tuya və 10 ədəd göyrüş ağacı əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, aksiyanın təşkil edilməsində məqsəd ölkəmizdə ətraf mühitin, meşə zolaqlarının qorunması və mühafizəsinə hər zaman diqqət göstərmiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, rayon ərazisində yaşıllıqların genişləndirilməsi və ekoloji tarazlığın bərpasına kömək etməklə təbiətə töhfə verməkdir.