Xəbər - sosial məsuliyyət

Nazirlik şəhid ailələrinin əl işlərindən ibarət sərgi-yarmarka təşkil edib

Xəbər - sosial məsuliyyət
Nazirlik şəhid ailələrinin əl işlərindən ibarət sərgi-yarmarka təşkil edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə birgə şəhid ailələrinin əl işlərindən ibarət sərgi-yarmarka təşkil edib.

“Ürəklə gəl, ürəklə al” şüarı altında keçirilən tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların ailələrinə dəstək məqsədi daşıyıb.

Sərgi-yarmarkada “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, şəhid ailələrinin üzvləri, nazirliyin kollektivi və tabeli qurumların təmsilçiləri iştirak ediblər.

Tədbir çərçivəsində 11 nəfərin hazırladığı bəzək əşyaları, aksesuarlar, bədii keramika nümunələri, rəsmlər və digər əl işləri satışa çıxarılıb. Nazirlik və tabeli qurumların əməkdaşları aksiyada fəal iştirak ediblər.

Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işçilərinin yaratdığı “Təşəkkür” qrupu şəhid və qazi ailələrinə dəstək məqsədilə mütəmadi tədbirlər təşkil edir. 2022-ci ildə də nazirlikdə analoji sərgi-yarmarka keçirilmişdi.

Bundan əlavə, paytaxt Bakı və bölgələrdə şəhid övladlarının təhsilinə yönəlmiş bir sıra layihələr reallaşdırılıb.