Rabitə və informasiya texnologiyaları sahəsində lisenziyaların verilməsi
Lisenziyaların verilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa uyğun olaraq həyata keçirilir.
Rabitə xidmətlərinə lisenziyalar qeyd olunan Qanunun 1 nömrəli əlavəsi - “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilir.
№ |
Fəaliyyət növlərinin adı |
Dövlət rüsumu (manatla) |
---|---|---|
Telekommunikasiya və poçt rabitəsi xidmətləri |
||
6.1 |
Telefon (məftilli) |
2500 |
6.2 |
Radiotrank və simsiz telefon |
2500 |
6.4 |
İP-telefoniya (internet-telefoniya) |
50000 |
6.5 |
2500 |
|
6.6 |
Beynəlxalq telekommunikasiya kanallarının təşkili |
5500 |
6.7 |
Məlumatların ötürülməsi (data) |
3000 |
6.8 |
Sürətli poçt xidməti |
1250 |
Aşağıdakı fəaliyyət növləri üzrə lisenziyalar qeyd olunan Qanunun 2 nömrəli əlavəsinin 3, 4 və 4-1-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilir.
Ərizəçi lisenziyanın alınması üçün lisenziya verən orqana ərizə ilə müraciət edir və lisenziya verilməsi üçün tələb olunan sənədləri təqdim edir (ərizə forması və tələb olunan sənədlərlə tanış olmaq üçün sizi maraqlandıran fəaliyyət növünü aktiv edin):
Ərizəçi tərəfindən təqdim edilmiş sənədlər araşdırıldıqdan sonra, lisenziya verilməsindən imtina edilmədikdə, ərizəçi lisenziya verilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (Maddə 22) müəyyən edilən dövlət rüsumunu ödəyərək, ödəniş barədə sənədi lisenziya verən orqana təqdim edir.
Azərbaycan Respublikasının qanunlarında (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu istisna olmaqla) daha qısa müddət müəyyən edilməyibsə, lisenziya verən orqan təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 10 iş günündən gec olmayaraq lisenziyanı verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir.
Lisenziyalar müddətsiz verilir.
Sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) fəaliyyət növü üzrə lisenziya 10 il müddətinə verilir. Eyni zamanda, bu fəaliyyət növünə lisenziyanın verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsi bağlanılmalıdır. Lisenziya müqaviləsi bağlanılmadıqda, bu növünə verilmiş lisenziya hüquqi nəticələr yaratmır.
Lisenziya sahibinin lisenziyanın şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
Lisenziyanın şərtlərinə riayət olunmasına nəzarət çərçivəsində səyyar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirilir.
Lisenziya verilməsi məqsədilə tələb olunan dövlət rüsumunun ödənilməsi üçün BANK REKVİZİTLƏRİ
B1. Benifisiar (alan) bank | |
---|---|
Adı: | Dövlət Xəzinədarlığı Agentliyi |
Kodu: | 210 005 |
VÖEN: | 140 155 5071 |
Müxbir hesab: | AZ41NABZ01360100000000003944 |
SWIFT: | CTREAZ22 |
B2. Vəsaiti alan | |
Adı: |
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi |
Hesab №: | AZ17CTRE00000000000002117131 |
VÖEN: | 160 247 3621 |
C1. Valyuta növü: | AZN |
C2. Köçürülən: | |
Məbləğ rəqəmlə: | ______, ____ |
Məbləğ yazı ilə: | ________________ manat_______ qəpik |
D1. Ödənişin təyinatı və əsas: | Lisenziya verilməsinə görə ödənilən dövlət rüsumu |
D2. Ödənişlə əlaqədar əlavə informasiya: |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi. VÖEN: 990 003 3991 |
D3. Büdcə təsnifatının kodu: | 142 251 |
D4. Büdcə səviyyəsinin kodu: | 1 |