Nazirliyin Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov BTİ-nin Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının 2 saylı Büdcəyə Nəzarət Komitəsinin sədri seçilib

Nazirliyin Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov BTİ-nin Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının 2 saylı Büdcəyə Nəzarət Komitəsinin sədri seçilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov 6 – 16 iyunda Ruandanın Kiqali şəhərində keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının 2 saylı Büdcəyə Nəzarət Komitəsinin (COM 2) sədri seçilib.

 

Büdcəyə Nəzarət Komitəsinin səlahiyyətlərinə konfransın keçirildiyi müddətdə nümayəndələr üçün mövcud olan təşkilati imkanları müəyyən etmək, çəkilmiş xərclərin hesabatlarını araşdırmaq və təsdiq etmək daxildir. Komitə, eyni zamanda tədbirin nəzərdə tutulan ümumi xərclərini, növbəti Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına qədər Telekommunikasiyanın İnkişafı Sektoru (ITU-D) və konfransın qəbul etdiyi qərarların icrası ilə bağlı BTİ-nin təxmini maliyyə ehtiyaclarına uyğun xərcləri təhlil edib plenar iclasa hesabat verir.

 

Komitənin konfrans çərçivəsində 7 iyun və 15 iyun 2022-ci il tarixlərində iki iclası keçirilib. Toplantılarda komitənin səlahiyyətlərindən irəli gələn məsələlər müzakirə olunub, rəhbər komitəyə məruzə edilib. Sonda komitə sədrinin konfransın plenar iclasına hesabatı təqdim olunub və qəbul edilib.