“Texnologiya və innovasiyalar” İşçi qrupunun 2026-cı il üzrə Fəaliyyət Planının cari statusu, “Qlobal İnnovasiya İndeksi – 2026” hesabatının nəticələri və növbəti illər üzrə prioritetlər müzakirə olunub
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda Komissiya Katibliyinin rəhbərliyi, İşçi qrupunun rəhbəri və üzvləri, eyni zamanda özəl sektor nümayəndələri iştirak ediblər.