İctimai Şuranın üzvləri İRİA-da görüş keçiriblər
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.
Agentliyin İdarə Heyətinin sədri Fərid Osmanov Rəqəmsal İnkişaf Şurasının ilk iclasının nəticələri, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Dövlət xidmətlərinin rəqəmsallaşdırılması, süni intellektin tətbiqi, innovasiya ekosisteminin gücləndirilməsi istiqamətində görülən işlər, rəqəmsal inkişafı dəstəkləyən qanunvericilik islahatları təqdim olunub. Görüşdə İctimai Şuranın üzvləri fikir və suallarını səsləndiriblər.