“Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində xüsusi əhəmiyyətli mövzulardan biri “Əşyaların interneti” olacaq. Təsadüfi deyil ki, sərgi çərçivəsində təşkil olunacaq 2-ci Xəzər İnnovasiya Konfransı “Əşyaların interneti: müasir cəmiyyətin təməli” mövzusuna həsr edilib.
3 – 6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi keçiriləcək.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə İordaniya Haşimlər Krallığının və Qazaxıstanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfirləri Sami Abdullah Ğoşeh və Serjan Abdikərimov ilə görüşüb.