Azərbaycan Respublikasının Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına və BTİ-nin Radio Tənzimləmə Komitəsinin 2027–2030-cu illər üzrə üzvlüyünə seçilməsinə dair Xarici İşlər Nazirliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə mətbuat məlumatı
16 noyabr tarixində Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı çərçivəsində keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BTİ-nin Şurasının 2027–2030-cu illər üzrə üzvlüyünə, həmçinin AZCON Holding-in strukturuna daxil olan Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) əməkdaşı Sitarə Mehdiyeva təşkilatın Radio Tənzimləmə Komitəsinin (RTK) 2027–2030-cu illər üzrə üzvlüyünə seçilib.