Nazir müavini
Dekabrın 25-də Azərbaycan Respublikasının Mingəçevir şəhərində anadan olmuşdur.Avtomatlaşdırılmış İdarəetmə Sistemləri ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuşdur.Ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir.Əsgərlikdən sonra təhsilini davam etdirmiş və 1989-cu ildə həmin ali məktəbi bitirib mühəndis-sistem texniki ixtisasına yiyələnmişdir.Təhsildə fərqləndiyinə görə təyinatla Azərbaycan Neft və Kimya İnstitutunun Hesablama Mərkəzinə işləməyə göndərilmişdir. 1989-1991-сi illərdə orada çalışmaqla yanaşı institutun "Hesablama maşınları və proqramlaşdırma" kafedrasında pedaqoji fəaliyyət göstərmişdir. Süni intellekt və ekspert sistemləri mövzusu üzrə elmi tədqiqatlarla məşğul olmuşdur, bir neçə elmi məqalələrin və metodiki vəsaitin müəllifidir.Aprel ayından Prezident Aparatında birinci dərəcəli mütəxəssis kimi işə başlamışdır. Burada çalışdığı dövrdə ardıcıl olaraq vəzifə pillələri ilə yüksəlmişdir.Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya Resursları və Texnologiyaları Mərkəzinin rəhbəri təyin edilmişdir.Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya Resursları və Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışmışdır.Dekabrın 26-da Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini təyin edilmişdir.Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilmişdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.Prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli 3635 saylı Sərəncamı ilə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilmişdir.
Rus və ingilis dillərini bilir. Ailəlidir.