Nazir müavini
anadan olmuşdur.Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu biznesin təşkili və idarə olunması ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun magistratura bölməsini mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspirantura bölməsini bitirərək hüquq elmləri namizədi alimlik dərəcəsini almışdır.Azərbaycan Respublikasının Milli Bankında müxtəlif vəzifələrdə çalışmışdır.Azərbaycan Respublikası Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun İcraçı direktorunun müavini vəzifəsində işləmişdir.“Azərbaycan İpoteka Fondu” ASC-nin İdarə Heyətinin üzvü vəzifəsində çalışmışdır.Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilmişdir.
Rus, ingilis və türk dillərini bilir. Ailəlidir.