Nazirin birinci müavini
1999-cu ildə Azərbaycan Universitetini Beynəlxalq münasibətlər ixtisası üzrə, 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirmişdir.Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri vəzifəsində işləmişdir. Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifəsində işləmişdir.Heydər Əliyev Fondunda hüquq məsələləri üzrə ekspert fəaliyyəti göstərmişdir.Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyib.Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə, 23.06.2016-cı il tarixində Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilmişdir.Prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli 3634 saylı Sərəncamı ilə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilmişdir. Rus və ingilis dillərini bilir. Ailəlidir.