Nazir
Bakı şəhərində anadan olmuşdur.Bakı şəhəri Yasamal rayonu 167 saylı orta məktəbini bitirərək, Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuşdur. 1997-ci ildə həmin institutu bakalavr, 1999-cu ildə magistr dərəcəsi ilə bitirmişdir.Heydər Əliyev Fondunda fəaliyyət göstərmişdir.Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən, Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunmuşdur.Azərbaycan Respublikasının Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdir.Azərbaycan Respublikasının Prezidentinin 13 fevral 2017-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdir.
Rus və ingilis dillərini bilir. Ailəlidir.