"AzDataCom" şəbəkəsinin yaradılması layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramının (UNDP) tərəfdaşlığı ilə həyata keçirilən “Milli E-İdarəçilik Təşəbbüsü” layihəsinin əsas komponentidir. "AzDataCom" layihəsi məlumatların ötürülməsi üçün ölkənin bütün regionlarını əhatə edən şəbəkə infrastrukturunun qurulmasını nəzərdə tutur.
Layihənin məqsədi
- Milli informasiya və kommunikasiya infrastrukturunun potensialının artırılması
- Dövlət orqanlarının, əhalinin və biznes sektorunun İKT xidmətlərinə artan tələbatının ödənilməsi
- İnformasiya cəmiyyəti quruculuğunun mühüm elementi olan e-idarəçiliyin inkişaf etdirilməsi
- Ölkədə rəqəmli geriliyin aradan qaldırılması
- E-hökumət xidmətlərindən istifadə imkanlarının təmin edilməsi
Layihənin komponentləri
2004-cü ildən icrasına başlanılmış layihədə "AzDataCom" şəbəkəsinin qurulması 4 mərhələdə həyata keçirilmişdir. I və II mərhələlərdə şəbəkənin Bakı, Sumqayıt şəhərlərini və Abşeron yarımadasını əhatə edən seqmenti istifadəyə verilmişdir. III və IV mərhələlərdə Bakı-Gəncə, Yevlax-Şirvan, Bakı-Astara istiqamətlərindəki rayonlar şəbəkəyə qoşulmuşdur.
Şəbəkənin xüsusiyyətləri
- Bütün regionları əhatə etməsi
- İP/MPLS protokolları üzrə fəaliyyət gostərməsi
- Miqyaslanma mümkünlüyü
- İnteqrasiya imkanlılığı
- Səmərəliliyi
- Etibarlılığı
- Dayanıqlılığı
- Təhlükəsizliyi
- Yüksək sürətliliyi
Şəbəkənin xidmətləri
- Yüksəksürətli internet xidmətləri
- VoİP xidmətləri
- İpTV xidmətləri
- Audio/video konfransın təşkili
- Distant təhsil
- VoD xidmətləri
- Triple-Play
- İnteraktiv xidmətlər
- VLL xidmətləri
- MPLS xidmətləri
- VPN xidmətləri
- xDSL xidmətləri