
Sertifikatlaşdırma
Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli (əlavə və dəyişikliklərlə) 175 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasının əsas vəzifəsi respublikada telekommunikasiya vasitələri və qurğuları bazarının yaradılması və saxlanılması, telekommunikasiya vasitələri və qurğularının texniki parametrlərinin Azərbaycan Respublikasının qarşılıqlı əlaqədə olan telekommunikasiya şəbəkələrinin (QTŞ) tələblərinə, milli, beynəlxalq, dövlətlərarası və digər normativ sənədlərin tələblərinə cavab verməsi faktını müəyyənləşdirməkdir.
Sertifikatlaşdırma proseduru Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu olan “AzInTelecom” MMC tərəfindən həyata keçirilir. “AzInTelecom” MMC 01.12.2017-ci il tarixindən etibarən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən AZS İSO/İEC 17065:2014 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara olan tələblər” və AZS İSO/İEC 17025-2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartlarına uyğun akkreditasiyadan keçmiş və TVQ-lərə sertifikat verilməsinə hüquq verən akkreditasiya attestatlarına sahib olmuşdur.
“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən həmin attestatlar 2021-ci ildə yenilənmişdir.
ATTESTAT SD 17065-2014 AZ 02.0553.01.21
ATTESTAT SL 17025-2009 AZ 01.0533.01.21 (2)
Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasının əsas məqsədi bunlardır:
Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması üçün tələb olunan sənədlər.