
Beynəlxalq fəaliyyət
Nazirlik tərəfindən ikitərəfli, həmçinin regional və beynəlxalq səviyyələrdə - çoxtərəfli platformalarda əlaqələr qurulmuş, beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq münasibətləri yaradılmışdır.
BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamenti (UNDESA), Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Ümumdünya Poçt İttifaqı, Regional Rabitə Birliyi, İKT-nin İnkişafı üzrə Qlobal Alyans (GAID), Avropa İttifaqı, Avropa Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC), İslam Əməkdaşlıq Təşkilatı (OIC), Beynəlxalq Telekommunikasiya Peyk Rabitəsi (ITSO), İntersputnik, Davos Forumu, İslam Gənclər Forumu və onlarla digər beynəlxalq təşkilatlarda ölkəmizin nüfuzunun möhkəmləndirilməsinə nail olunmuş və bu qəbildən olan təşkilatların rəhbərləri ilə səmərəli görüşlər keçirilmiş, onların ölkəmizə səfərləri təşkil edilmişdir. Məhz beynəlxalq arenada sıx və səmərəli münasibətlərin qurulması nəticəsində ölkəmizin dünyada nüfuzu möhkəmlənib.