Milli Sertifikat Xidmətləri Mərkəzi

 

Layihə haqqında

 

Mövcud qanunvericiliyə müvafiq olaraq, Azərbaycan Respublikasında elektron imzadan istifadənin təmin edilməsi məqsədilə Açıq Açar İnfrastrukturunun (PKİ) qurulması həyata keçi­rilib. Qurulmuş infrastruktur ölkənin sosial-iqtisadi sahələrində münasibətlərin rəqəmsal mühitdə inkşafı üçün elektron imzadan istifadəyə şərait yaradır.

 

 

Layihənin məqsədi    

 

  • Ölkədə Sertifikat Xidmətləri Mərkəzlərinin (SXM) fəaliyyətinin təşkili üçün təşkilati, texniki və texnoloji mühitin yaradılması
  • Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarında elektron imzanın istifadəsini təşkil etmək üçün sahə üzrə SXM-in yaradılması və fəaliyyətinin təşkili
  • Azərbaycan Respublikasının vətəndaşları və biznes qurumları tərəfindən elektron imzadan istifadəni təşkil etmək üçün müvafiq SXM-in fəaliyyətinin təşkili

 

Elektron imzanın mümkün tətbiq sahələri

 

  • Hökumət-vətəndaş, hökumət-biznes əlaqələrində elektron sənədlərdən istifadə
  • Elektron xidmətlərin təşkili
  • Elektron ticarətin genişlənməsi
  • Hökumət orqanları, vətəndaşlar, biznes qurumları arasında informasiya mübadiləsi

 

Elektron imzanın üstünlükləri

 

  • İdentifikasiya – Elektron sənədi e-imza ilə imzalayan şəxsin kimliyinin tanınması
  • Bütövlük – E-imza ilə imzalanmış elektron sənədin bütövlüyü qorunur
  • İnkaredilməzlik – Elektron sənədi imzalayan şəxsin e-imzadan imtina etməsinin mümkünsüzlüyü

 

Elektron imzadan kimlər istifadə edə bilər?

 

  • Vətəndaşlar; Elektron imza sertifikatını əldə edən istifadəçilər imza sertifikatı ilə qeydiyyat  portallarında autentifikasiyadan keçə, dövlət qurumlarına müraciət edə, rəsmi yazışmalar apara və elektron poçt xidmətlərindən istifadə edə bilərlər.
  • Fiziki şəxslər; Sahibkarlıq fəaliyyəti ilə məşğul olan, hüquqi şəxs olmayan, vergi ödəyicilərinin elektron xidmətlərdən istifadə edərək biznes hesabatlarını müvafiq strukturlara imzalayaraq ötürməsini təmin edir.
  • Hüquqi şəxslər; Azərbaycan Respublikasında hüquqi şəxs kimi fəaliyyət göstərən biznes subyektlərinin elektron xidmətlərdən yararlanması,  avtomatik olaraq elektron müqavilələrin bağlanmasını təmin edir. 
  • Dövlət qurumları; Dövlət işçilərinin xidməti vəzifələrinə görə əldə etdiyi elektron imza sertifikatlarının öz səlahiyyətləri çərçivəsində elektron sənəd mübadiləsindən istifadə etməsini təmin edir.

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R