Suallar və cavablar

Poçt vasitəsilə göndərilməsi qadağan edilən mal və əşyalar hansılardır?
Azərbaycandan göndərilməsinə qadağa qoyulan və şərti icazə verilən mallar, həmçinin idxalına qadağa qoyulan və şərti icazə verilən mallar haqqında məlumatlarla http://www.azems.az/#bb_restrict saytına daxil olaraq tanış ola bilərsiniz.

 

Telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatı almaq üçün hansı sənədlər tələb olunur?

Xidmət “AzInTelecom” MMC tərəfindən həyata keçirilir.
Telekommunikasiya vasitələri və qurğularına qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinə uyğunluq sertifikatının alınması üçün tələb olunan sənədlər siyahısı:

1.  Xidmət müqaviləsinin bağlanılması zamanı:
·   Xidmətin göstərilməsi üçün sifarişçinin müraciəti – Sifariş blankı (AzInTelecom” MMC tərəfindən təqdim edilir; 1 nüsxədə);
·   Xidmət müqaviləsi (formanı SD təqdim edir; 2 nüsxədə);
·   Vergi orqanlarında qeydiyyata alınması barədə şəhadətnamə – VÖEN (surət);
·   ƏDV-nin ödənilməsindən azad olunma barədə şəhadətnamə (mövcud olduğu halda; surət);
·   Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışı (surət);
·   Şəxsiyyət vəsiqəsi (fiziki şəxslər üçün; surət).

2.     Uyğunluq sertifikatının alınmasına müraciət zamanı:
2.1.  Təhvil-təslim aktı (Sınaq üçün nümunələr təqdim olunduğu halda; forma “AzInTelecom” MMC tərəfindən təqdim edilir; 2 nüsxədə).

2.2.  Sertifikatlaşdırılacaq Telekommunikasiya vasitələri və qurğularının (TVQ) normativ-texniki sənədləri (hər TVQ üçün):
·    Texniki pasport və ya hər hansı digər texniki təsvir;
·    TVQ-lərin elektrik funksional və prinsipial sxemləri;
·    İstehsalçıdan uyğunluq bəyannaməsi;
·    Xarici sertifikatlaşdırma orqanı tərəfindən verilmiş uyğunluq sertifikatları;
·    Sertifikatlaşdırılacaq normativ sənəd üzrə laboratoriya sınaqlarının protokolu və ya hesabatı;

2.3.    Sertifikatlaşdırılacaq TVQ-lərin mənşə sənədləri:
·    Mənşə sertifikatı;
·    Alınması barədə hesab-faktura;
·    İdxalını təsdiq edən gömrük bəyannaməsi.

2.4.    İstehsalçının istehsalın keyfiyyətinə dair sənədləri:

  • İstehsalatın Keyfiyyəti İdarəetmə Sisteminin sertifikatı.

Xidmətdən elektron istifadə üçün link:
https://www.e-gov.az/az/services/read/2888/0

 

“Fərqlənmə” və “Xüsusi fərqlənmə” nişanlarının verilməsi üçün əsas təyinat və şərt hansıdır?
“Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarına görə verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il № 40 qərarına müvafiq olaraq avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarını həyata keçirən vergi ödəyicilərinə (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla) “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. Vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş vergi növü üzrə vergitutma obyekti deyil. Bu nəqliyyat vasitələri üçün “Xüsusi fərqlənmə nişanı” alınır.

 

Gəminin ilkin dövlət qeydiyyatına alınması proseduru necədir?

Gəminin ilkin dövlət qeydiyyatına alınması gəmi suya salındığı gündən, eləcə də gəmi barədə alqı-satqı müqaviləsi və ya berbout-çarter müqaviləsi imzalandığı və ya Azərbaycan Respublikasının dəniz limanına daxil olduğu gündən 1 (bir) ay müddətində həyata keçirilməlidir. Gəminin ilkin dövlət qeydiyyatı həmin gəminin mülkiyyətçiləri və ya gəmi sahibləri tərəfindən verilmiş ərizə əsasında həyata keçirilir və aşağıdakı sənədlər tələb olunur:


Ərizə-anket, Fiziki şəxs üçün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və surəti (Əcnəbi vətəndaşın ölkə ərazisində qeydiyyata alınması haqqında vəsiqə), hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti, gəmiyə mülkiyyət hüququna dair sənəd, xarici dövlətlərin dövlət gəmi reyestrindən çıxarılmasını təsdiq edən sənədin əsli və ya apostil edilmiş surəti, gəminin BDT (İMO) nömrəsinin alınmasına dair sənəd, çağırış siqnalının alınmasını təsdiq edən sənəd, gəminin istismara yararlı olmasına və dəniz nəqliyyatı sahəsində mövcud beynəlxalq konvensiyaların tələblərinə uyğunluğunun yoxlanılmasına dair akt, ölçü şəhadətnaməsi, gəminin təsnifat şəhadətnaməsi, dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz.

 

Dəniz sahəsində istifadə edilən avadanlıqların ölkə ərazisinə gətirilməsi üçün hansı sənədlər tələb olunur?
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 dekabr 2005-ci il tarixli, 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi Qaydaları”na uyğun olaraq, ərizəçi Dövlət Dəniz Agentliyinə müraciət etməklə yanaşı, malalan (malgöndərən) və son istifadəçi haqqında məlumat, malın son istifadəsi və texniki təsnifatı haqqında məlumat, bağlanmış müqavilənin (kontraktın) surəti, ixrac edilən malın mənşə sertifikatının əsli kimi sənədləri də təqdim etməlidir.

 

“Facebook” hesabı bloklandıqda nə etməliyik?

Hesabınız bloklandıqda, hesabınıza daxil olduğunuz zaman hesabınızın bloklanması barədə bildiriş göstərilir. Əgər qaydaları pozmadığınızı və “Facebook” tərəfindən hesabınızın səhvən bloklandığını düşünürsünüzsə, 30 gün ərzində qərarın yenidən nəzərdən keçirilməsi üçün “Facebook”a müraciət edə bilərsiniz. Bu müddət keçdikdən sonra hesabınız birdəfəlik silinir və müraciət etmə şansınızı itirirsiniz.


Qeyd: “Facebook” qaydalarına əsasən, ciddi və ya təkrar pozuntular zamanı hesab xəbərdarlıq edilmədən birdəfəlik silinə bilər.
Hesabınız bloklandıqda aşağıdakı keçidə daxil olaraq “Facebook”un rəsmi müraciət formasını doldurun: Forma keçid


Şəkildə göstərilən boş xanalara aşağıdakı məlumatları daxil edin:


1. Hesabınızı qeydiyyatdan keçirərkən istifadə etdiyiniz e-poçt ünvanı və ya mobil nömrənizi;
2. Hesabınızda göstərilən ad və soyadınızı (“Facebook”da olduğu kimi);
3. Şəxsiyyət vəsiqənizin aydın görünən şəkli (.jpeg formatında).
Daha sonra “Send (Göndər)” düyməsini sıxaraq müraciətinizi “Facebook”a göndərin.

Müraciət formasının doldurulması ilə bağlı hər hansı çətinliyiniz yaranarsa, www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.

 

Ayrılmış xətt üzrə göstərilən internet xidmətinin üstünlükləri nədən ibarətdir?

Ayrılmış xətt üzrə göstərilən internet xidmətinin bir sıra üstünlükləri mövcuddur.
Əsas üstünlükləri:


“Aztelekom” şəbəkəsi üzərindən
100 mbt/s qədər yüksək sürət;
24/7 rejimində kəsintisiz ötürülmə;
Fərdi operator xidməti.

 

“Baktelecom” şəbəkəsi üzərindən
100 mbt/s qədər qoşulma sürəti;
Kəsintisiz internet;
Videomüşahidə, IP telefoniya, IPTV xidmətlərindən rahat istifadə imkanı;
Telefon xətlərindən asılılığın olmaması;

 

“Aztelekom” və “Baktelecom” şəbəkələri üzərindən internet xidmətinə qoşulmaq üçün hansı sənədlər tələb olunur?
“Aztelekom” şəbəkəsi üzərindən


Fiziki şəxslər üçün:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
Hüquqi şəxslər üçün:
1. Şirkət tərəfindən təqdim edilən rəsmi məktub
2. Şəxsiyyət vəsiqəsinin surəti

 

Əhali kateqoriyası üçün:
1. Şəxsiyyət vəsiqəsi (vətəndaşlığı olmayan şəxs və ya əcnəbidirsə, yaşamaq icazəsi barədə vəsiqə)
2. Evin (mənzilin) mülkiyyət sənədi və ya istifadəsinə dair digər təsdiqedici sənəd


Qeyri-əhali kateqoriyası üçün:


Kontragent sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdirsə:
1. Şəxsiyyət vəsiqəsinin surəti;
2. VÖEN-in surəti;
3. Ehtiyac olduğu halda və digər sənəd tələb oluna bilər.


Kontragent hüquqi şəxsdirsə:
1. Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrindən Çıxarışının, xarici hüquqi şəxsdirsə, müvafiq sənədin surəti;
2. Nizamnamə və/və ya Əsasnamənin (filial və nümayəndəlikdirsə) surəti;
3. VÖEN-in surəti;
4. Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin sənədinin surəti;
5. Etibarnamə və ya səlahiyyətlərin ötürülməsi barədə sənədin müvafiq qaydada təsdiq olunmuş surəti (müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanacaqsa) ;
6. Ehtiyac olduğu halda və digər sənəd tələb oluna bilər.

“Baktelecom” şəbəkəsi üzərindən
Fərdi abunəçilər: Telefon nömrəsi olduqda müqavilə sahibinin şəxsiyyət vəsiqəsi (ADSL və optik internet xidməti)
Telefon nömrəsi olmadıqda mənzildə qeydiyyat varsa, şəxsiyyət vəsiqəsi, mənzildə qeydiyyat olmadıqda əlavə olaraq mülkiyyət sənədi (optik internet)

Fiziki şəxslər: Telefon nömrəsi olduqda müqavilə sahibinin şəxsiyyət vəsiqəsi (ADSL və optik internet xidməti)
Telefon nömrəsi olmadıqda şəxsiyyət vəsiqəsi, mülkiyyət sənədi, mülkiyyətçi olmadıqda icarə müqaviləsi, VÖEN-in surəti (optik internet)

Hüquqi şəxslər: Telefon nömrəsi olduqda baş direktorun adına yazılı müraciət (ADSL və optik internet xidməti)
Telefon nömrəsi olmadıqda dövlət reyestrindən çıxarış, mülkiyyət sənədi, mülkiyyətçi olmadıqda icarə müqaviləsi və VÖEN-in surəti (optik internet)

 

Müəyyən sayt barədə şikayəti hara bildirmək olar?
İnformasiya resursunda müəyyən qeyri-etik normalarla qarşılaşdıqda və ya insanın şərəf və ləyaqətinə toxunan, yaxud digər qeyri-qanuni əməllərə rast gəldikdə, hüquq-mühafizə orqanlarına müraciət etmək tövsiyə olunur.

 

Rabitə sahəsindəki tariflərlə haradan tanış olmaq olar?
Rabitə sahəsindəki bütün tariflər nazirliyin və aidiyyəti qurumların saytlarının müvafiq bölmələrində yerləşdirilib.

 

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R