Tələb olunan sənədlər

1.Ərizə: Fiziki şəxslər üçün ərizə (.doc)   ,   Hüquqi şəxslər üçün ərizə (.doc)   

2. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti [fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, fərdi identifikasiya nömrəsi (FİN istifadəyə verildikdən sonra), ünvanı];

3. Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

4. Ərizəçinin fəaliyyət göstərdiyi ünvandan istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

5. Telekommunikasiya sahəsində xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri üzrə xidmətin təşkili üçün nömrə resurslarının ayrılması haqqında müraciət olunduğu halda xüsusi razılığın (lisenziyanın) surəti;

6. Nömrə resurslarının istifadəsi üçün nəzərdə tutulan telekommunikasiya xidmətlərinin siyahısı və qurulacaq telekommunikasiya şəbəkəsinin struktur sxemi.

Qeyd: Ərizədə hüquqi və ya fiziki şəxsin fəaliyyət növü barədə geniş məlumat verilməli, ayrılması xahiş olunan nömrə resursunun istifadə təyinatı göstərilməlidir.

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R