
Tələb olunan sənədlər
1.Ərizə: Fiziki şəxslər üçün ərizə (.doc) , Hüquqi şəxslər üçün ərizə (.doc)
2. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti [fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, fərdi identifikasiya nömrəsi (FİN istifadəyə verildikdən sonra), ünvanı];
3. Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;
4. Ərizəçinin fəaliyyət göstərdiyi ünvandan istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;
5. Telekommunikasiya sahəsində xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri üzrə xidmətin təşkili üçün nömrə resurslarının ayrılması haqqında müraciət olunduğu halda xüsusi razılığın (lisenziyanın) surəti;
6. Nömrə resurslarının istifadəsi üçün nəzərdə tutulan telekommunikasiya xidmətlərinin siyahısı və qurulacaq telekommunikasiya şəbəkəsinin struktur sxemi.
Qeyd: Ərizədə hüquqi və ya fiziki şəxsin fəaliyyət növü barədə geniş məlumat verilməli, ayrılması xahiş olunan nömrə resursunun istifadə təyinatı göstərilməlidir.