Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;
Ərizədə qeyd olunan obyektlərin hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;
Lisenziya predmeti üzrə istifadə olunacaq telekommunikasiya vasitələri və qurğularına Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun verilmiş sertifikatların surəti;
Milli təhlükəsizlik təminatı baxımından telekommunikasiya və digər rabitə şəbəkələrindən məlumatların əldə edilməsi üçün nəzərdə tutulan xüsusi avadanlıqların Dövlət Təhlükəsizliyi Xidməti ilə razılaşdırılmış texniki şərtləri və bu şərtlərə uyğun olaraq ümumi rabitə şəbəkələri daxilində yaradılan və istismar edilən bütün növ telekommunikasiya şəbəkələrindən (idarə, müəssisələrə məxsus olan və ümumi rabitə şəbəkəsinə çıxışı olmayan şəbəkələr istisna olmaqla) informasiya əldə edilməsini təmin edən xüsusi təyinatlı avadanlıqlarla təchizat barədə zəmanət;
Fəaliyyət növünün həyata keçirilməsi üçün radiorabitə vasitələrindən və radiotezliklərdən istifadə olunarsa, radiorabitə vasitələrinə müvafiq radiotezliklərin ayrılmasının mümkünlüyü barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyi;
Xidmətin təşkili üzrə qurulacaq şəbəkənin strukturu və rabitənin təşkili barədə məlumat;
Xidmətin təşkili üçün tələb olunan telekommunikasiya vasitələri və qurğularından ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s.) təsdiq edən sənədlərin surəti;
8.1. şəbəkənin istismara verilməsi mərhələləri barədə məlumat;
8.2. şəbəkədə istifadə olunacaq avadanlıqların texniki xarakteristikası barədə məlumat;
8.3. təşkil olunacaq xidmətlərin növləri və əhatə dairəsi barədə məlumat;
8.4. 3G eksperimental zonasının yaradılması təcrübəsi barədə məlumat;
8.5. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hazırlanmış Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının radiotezliklər spektrindən perspektiv istifadə planı”na uyğun olaraq radiotezliklərdən istifadənin mümkünlüyü barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyi”;
9. Lisenziyanın verilməsindən imtina edilmədikdə, lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.
Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;
Ərizədə qeyd olunan obyektlərin hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;
Lisenziya predmeti üzrə istifadə olunacaq telekommunikasiya vasitələri və qurğularına Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun verilmiş sertifikatların surəti;
Milli təhlükəsizlik təminatı baxımından telekommunikasiya və digər rabitə şəbəkələrindən məlumatların əldə edilməsi üçün nəzərdə tutulan xüsusi avadanlıqların Dövlət Təhlükəsizliyi Xidməti ilə razılaşdırılmış texniki şərtləri və bu şərtlərə uyğun olaraq ümumi rabitə şəbəkələri daxilində yaradılan və istismar edilən bütün növ telekommunikasiya şəbəkələrindən (idarə, müəssisələrə məxsus olan və ümumi rabitə şəbəkəsinə çıxışı olmayan şəbəkələr istisna olmaqla) informasiya əldə edilməsini təmin edən xüsusi təyinatlı avadanlıqlarla təchizat barədə zəmanət;
Fəaliyyət növünün həyata keçirilməsi üçün radiorabitə vasitələrindən və radiotezliklərdən istifadə olunarsa, radiorabitə vasitələrinə müvafiq radiotezliklərin ayrılmasının mümkünlüyü barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyi;
Xidmətin təşkili üzrə qurulacaq şəbəkənin strukturu və rabitənin təşkili barədə məlumat;
Xidmətin təşkili üçün tələb olunan telekommunikasiya vasitələri və qurğularından ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s.) təsdiq edən sənədlərin surəti;
9.1. şəbəkənin istismara verilməsi mərhələləri barədə məlumat;
9.2. şəbəkədə istifadə olunacaq avadanlıqların texniki xarakteristikası barədə məlumat;
9.3. təşkil olunacaq xidmətlərin növləri və əhatə dairəsi barədə məlumat;
9.4. 3G eksperimental zonasının yaradılması təcrübəsi barədə məlumat;
9.5. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hazırlanmış Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının radiotezliklər spektrindən perspektiv istifadə planı”na uyğun olaraq radiotezliklərdən istifadənin mümkünlüyü barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyi”;
10. Lisenziyanın verilməsindən imtina edilmədikdə, lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.