Radiorabitə vasitələrinin qeydiyyatı
Radiotezliyin(lərin) və radiostansiyaların Dövlət Radiotezliklər İdarəsində qeydiyyata alınması
Tezlik nominalının ayrılması ilə bağlı Dövlət Radiotezliklər İdarəsinə təqdim olunan sənədlər:
- Dövlət Radiotezliklər İdarəsinin rəisi cənab Heydər Rüstəmovun adına tezlik nominalının (zolağının) ayrılması ilə bağlı müraciət.
- Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən verilmiş razılıq məktubunun surəti.
- Hüquqi şəxsin nizamnaməsinin (əsasnaməsi) surəti.
- Hüquqi şəxsin qeydiyyat şəhadətnamələrinin surətləri.
- İstifadə olunacaq REV-in texniki göstəriciləri.
- Rabitənin təşkili sxemi
REV-in DRİ-də qeydiyyata alınması üçün tələb olunan sənədlər:
- Dövlət Radiotezliklər İdarəsinin rəisi cənab Heydər Rüstəmovun adına radioelektron vasitələrinin (REV) DRİ-də qeydiyyata alınması ilə bağlı müraciət.
- Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən verilmiş razılıq məktubunun surəti.
- Hüquqi şəxsin nizamnaməsinin (əsasnaməsi) surəti.
- Hüquqi şəxsin qeydiyyat şəhadətnamələrinin surətləri.
- REV-in mülki dövriyyəsinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş xüsusi icazənin surəti.
- REV-ə verilmiş uyğunluq sertifikatının surəti.
- REV-in müvafiq qaydada doldurularaq təsdiqlənmiş anket sənədləri.