Azərbaycanda rabitənin tarixi çox qədimdir, yazılı məlumatların qasidlər vasitəsilə mübadiləsi qədimdən məlumdur.
Rabitə əlaqələri müxtəlif qasidlər, çaparlar, dəvə karvanları və s. formada mövcud olmuşdur. Dövlət səviyyəsində poçtun əsası 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən qoyulmuşdur. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir.
Gəncə şəhərində ilk poçt kontoru açılmışdır. Bakı Quberniyasının nəzdində Bakı poçtamtı təşkil edilmişdir. Yanvar ayının 21-də İran sərhədində Naxçıvan və Culfanı birləşdirən ilk teleqraf xətti istismara verilmişdir. Dekabr ayında Azərbaycanda ilk telefon xətti “Qafqaz və Merkuri” Paroxod Cəmiyyəti tərəfindən inşa edilmişdir. Xətt cəmiyyətin “Naberejnaya” küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən “Kaspi” neft cəmiyyətinin kontorunu birləşdirmişdir. Yanvar ayında “Nobel qardaşları cəmiyyəti” telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət etmişdir və fevralın 18-də icazə verilmişdir. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və “Nobel qardaşları cəmiyyəti”nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilmişdir. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması bu tarixə təsadüf edir. May ayının 26-da Bakıda ilk mərkəzləşmiş kommutasiyalı telefon şəbəkəsinin yaradılması və 20 illik müddətə istismara verilməsi barədə Baş Poçt və Teleqraf İdarəsi ilə Moskvanın I dərəcəli taciri Qustav İvanoviç List arasında müqavilə bağlanmışdır. Bakıda mərkəzləşmiş kommutasiyalı telefon şəbəkəsinin 40 telefon istifadəçisi olmuşdur. Bakı-Dərbənd arasında poçtun dəmir yolu ilə daşınmasına başlanmışıdır. Bakıda mərkəzləşmiş kommutasiyalı telefon şəbəkəsinin 1146 telefon istifadəçisi olmuşdur. 29 dekabrda "Nobel qardaşları" cəmiyyəti Bakı Poçt Teleqraf dairəsi rəisinin müraciətinə əsasən telefon aparatlarının sayı, ünvanı, ATS-dən olan məsafələr haqda məlumatlar təqdim etmişdir. Mayın 28-də Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikası yaradılmışdır. ADR yarandığı gündən ölkədə poçt və teleqrafın inkişafı istiqamətində mühüm işlər görmüşdür. Müstəqil dövlətin Poçt və Teleqraf Nazirliyi yaradılmışdır. Məlikaslanov, A. Aşurov, C. Hacınski ilk rabitə nazirləri olmuşlar. Martın 1-də Azərbaycan Teleqraf agentliyi təsis olunmuşdur. Martın 15-də Azərbaycanla Gürcüstan arasında pul baratları, qiymətli məktub, bağlama və poçt korrespondensiyalarının mübadiləsi həyata keçirilməyə başlamışdır. Oktyabr ayının 20-də Azərbaycan əsgərinə həsr olunmuş ilk Azərbaycan poçt markası buraxılmışdır. Aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulmuş və Poçt və Teleqraf komissarlığı yaradılmışdır. Noyabrın 6-dan Azərbaycan dilində müntəzəm radio verilişləri efirə çıxmış, ilk dəfə naqilli radio yayımı fəaliyyətə başlamışdır. Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunmuşdur. 1953-cü ildən etibarən Azərbaycan SSR Rabitə Nazirliyi yaradılmışdır. Fevralın 14-də Bakı televiziya mərkəzi işə salınmış, Azərbaycanda ilk dəfə televiziya yayımı (AzTV-1) fəaliyyətə başlamışdır.
Ötən əsrin 50-ci illərin sonunda rabitə sahəsinin mütəxəssislərinin yetişdirilməsi məsələsi gündəmə gəlmişdir. 1959-cu ildə Azərbaycan SSR Nazirlər Soveti respublikanın ali məktəblərində yüksək ixtisaslı rabitəçi mütəxəssislər hazırlanması barədə qərar qəbul etmiş, 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunda “Telefon və teleqraf rabitəsi” ixtisası üzrə mühəndislərin ilk buraxılışı olmuşdur. 1964-cü ilin yanvar ayının 31-də Bakı televiziya mərkəzi Moskvadan mərkəzi televiziyanın verilişlərinin retranslyasiyasına başlamışdır. 1968-ci ilədək respublikada televiziya proqramının yayımı aran bölgələrində yerləşən Şirvan, Goyçay və Gəncə şəhərlərini əhatə etmişdir.
Heydər Əliyev və Azərbaycan rabitəsi
Azərbaycanda bütün sahələrdə olduğu kimi rabitənin inkişafında da Heydər Əliyev mərhələsi mövcuddur. Sovet hakimiyyəti illərində Azərbaycan rabitəsində müəyyən işlər görülsə də, 60-cı illərdə respublikamız bu sahədə ittifaqın digər respublikalarından çox-çox geri qalırdı. Yalnız 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra digər sahələrlə bərabər rabitə də güclü inkişaf yoluna qədəm qoymuşdur.
1970-1980-ci illər:
Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80-ci illərə düşür. Həmin illərdə respublikaya rəhbərlik etmiş Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniş şəkildə öz əksini tapır. 1970-ci il iyun ayının 24-də Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə “Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında” məsələ Mərkəzi Komitənin bürosuna çıxarılmış və tarixi qərar qəbul edilmişdir. Qərarda Bakı, Sumqayıt, Gəncə şəhərlərində telefon rabitəsinin qeyri-qənaətbəxş olduğu, bir çox rayon mərkəzlərində hələ də əllə qoşulan köhnə telefon stansiyalarının fəaliyyət göstərdiyi, sovxozların yalnız yarısının, kolxozların isə 25 faizinin telefonlaşdırıldığı və digər geriliklər qeyd olunmuş, rabitə vasitələrinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi Rabitə Nazirliyinin ən vacib vəzifələrindən biri hesab edilmişdir.
Qərarda 1971-75-ci illərdə 16 rabitə qovşağı üçün binaların tikilməsi, şəhərlərin icraiyyə komitələri tərəfindən ATS binalarının inşa edilməsi, o cümlədən Bakıda hər il 1 ATS binasının tikilməsi, Rabitə Nazirliyi tərəfindən ATS avadanlıqlarının alınması və texnoloji avadanlıqların inşası, bütün bunlar üçün lazımi vəsaitin ayrılması və digər mühüm tədbirlərin həyata keçirilməsi öz əksini tapmışdır.
1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü 1927-ci illə müqayisədə 20 dəfədən çox artmış, telefon Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsinə çevrilmişdi.
1970-80-ci illərdə rabitənin inkişafı təkcə Bakı şəhəri ilə məhdudlaşmamış, respublikanın digər bölgələrini də əhatə etmişdir. Bu illərdə Gəncədə beşmərtəbəli xüsusi rabitə binası istifadəyə verilmiş, orada 8 min nömrəlik ATS, şəhərlərarası ATS, teleqraf və radio avadanlıqları quraşdırılmış, Sumqayıtda 9 min nömrəlik ATS, Naxçıvanda 5 min nömrəlik ATS inşa edilməklə yanaşı digər şəhər və rayonlarda, kənd və qəsəbələrdə də ATS tikintisi aparılmışdır.
Rabitə Nazirliyinin 1974-1980-ci illərdə öhdəsinə ümumi gücü 164,4 min nömrəlik ATS-lərin tikintisi və montajı məsələləri qoyulmuşdu, bununla əlaqədar qurumda yeni ATS-lərin tikintisi və istismara verilməsi planı təsdiq edilmişdir ki, bu da rabitə sahəsində yeni nailiyyətlər əldə etməyə imkan vermişdir.
1980-ci ildə respublikada montaj olunmuş telefon stansiyalarının tutumu 279,1 min nömrə, o cümlədən bunların 274,12 mini ATS sistemli olmuşdur.
Şəhər telefon şəbəkəsinin abunəçilərinin ümumi sayı 234,7 min olub ki, bu da 1975-ci ilə nisbətən 1,4 dəfə çox olmuşdur.
Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri də diqqətəlayiq inkişaf yolu keçmişdir. Bakıda Dəmir yolu yanı poçtamt binasının, Rabitə evi, onlarla rayon mərkəzində rabitə qovşaqları üçün binaların, bundan başqa respublikada 300-dən çox poçt şöbəsi binasının tikintisi o dövrdə reallaşmışdır.
1979-cu ildə Heydər Əliyevin şəxsi rəhbərliyi altında yaradılmış komissiya tərəfindən Bakıda - köhnə teleqüllənin yaxınlığında tikilməsi nəzərdə tutulan 310 metrlik Yeni Teleqüllənin layihəsi təsdiq edilmiş və 1981-ci ildə obyektin tikintisinə başlanmışdır. Buna baxmayaraq bir sıra obyektiv və subyektiv səbəblər üzündən Yeni Teleqüllənin istismara verilməsi ləngidilsə də, ümummilli liderimiz Heydər Əliyevin respublikamıza ikinci dəfə rəhbərlik etdiyi dövrdə onun diqqət və qayğısı sayəsində xalqımızın istifadəsinə verilmişdir.
1993-2003-cü illər:
Məlum olan səbəblərdən 1985-1993-cü illərdə rabitənin inkişaf sürəti kəskin zəifləmişdi.
Lakin 1993-cü ildə respublikanın Prezidenti seçilən Heydər Əliyevin bilavasitə diqqəti və qayğısı sayəsində rabitənin inkişafında II mərhələ başlamışdır. Ölkə rəhbərinin siyasəti nəticəsində tədricən bərqərar olan sabitlik şəraitində respublikaya xarici investorlar cəlb olunmuş, rabitə sahəsinin inkişafında əsil dönüş də bundan sonra başlamışdır.
1993-cü ildən başlayaraq xarici rabitə şirkətləri, ilk növbədə Türkiyənin “Teletaş” və “Netaş” şirkətləri tərəfindən Bakıda, Sumqayıtda, Gəncədə və digər bölgələrdə müasir elektron tipli ATS-lər qurulmuş, “Aztelekom” İstehsalat Birliyində 2000 kanallı Beynəlxalq Telefon Stansiyası, 6150 kanallı respublika daxili Şəhərlərarası Telefon Stansiyası, ABŞ-ın “Motorola” şirkətinin investisiyası ilə sellülar rabitə xidməti göstərən “Baksell”, Türkiyə rabitəçiləri ilə “Azərsell” və digər birgə müəssisələr yaradılmışdır.
Bütün bunlar Heydər Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan milli rabitəsinin parlaq inkişaf yolunun yeni mərhələsi idi.
Təsadüfi deyil ki, ölkə ictimaiyyəti və mətbuat 1998-ci ili rabitədə dönüş ili, texniki inqilab ili adlandırmışdır. Həmin il ərzində respublikamızda 108 min nömrəyə yaxın tutuma malik elektron tipli müasir ATS-lər qurulub istifadəyə verilmişdir.
1998-2003-cü illərdə Bakıda 40/41, 30/31, 50, 54, 56, 21/22, 27, 32 və digər indekslərlə işləyən, Bakı ətrafındakı bütün yaşayış məntəqələrində, Gəncə, Mingəçevir, Bərdə, Yevlax, Quba, Qusar, Dəvəçi, Şəki, Qax, Oğuz, Lənkəran və digər rayonlarda elektron tipli müasir ATS-lər tikilib istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublikası başdan-başa telefonlaşdırılmış, Azərbaycanın bütün yaşayış məntəqələri ən azı bir telefonla təmin olunmuşdur.
1993-2003-cü illərdə görülən işlər nəticəsində ölkənin telefon şəbəkəsinin 48,4 faizi, o cümlədən Naxçıvan Muxtar Respublikasının telefon şəbəkəsi 100 faiz elektronlaşdırılmış, əsas telefon aparatlarının sayı 1991-ci ildəki 611,5 min ədəddən bir milyon ədədə çatdırılmış, respublikamız Trans-Asiya-Avropa kabel magistralına qoşulmuş, Bakıətrafı kənd və qəsəbələrin hamısı telefonlaşdırılmış, bütün bölgələrin yaşayış məntəqələri telefon rabitəsi ilə təmin olunmuş, ölkənin bütün ərazisində internet xidmətlərindən istifadə etmək imkanı yaradılmış, telefon rabitəsi şəbəkəsində stansiyalararası rabitənin 80 faizi rəqəmli formada təşkil edilmişdir.
ХХ əsrin sonlarında, XXI əsrin əvvəlində Azərbaycanda rabitənin inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri ulu öndər Heydər Əliyevin 17 fevral 2003-cü ildə "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003—2012-ci illər)" təsdiq edilməsi haqqında sərəncamı olub və bu dövr ərzində respublikada İKT sahəsində reallaşdırılan siyasət məhz bu strategiyanın üzərində qurulmuşdur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması
Sürətlə inkişaf edən yüksək texnologiyalar fonunda Prezident İlham Əliyevin 2004-cü il fevralın 20-də imzalanmış sərəncamı ilə Rabitə Nazirliyi ləğv edilərək onun əsasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır.
Bu, sahənin gələcək inkişafı, eləcə də hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları baxımından mühüm addım olmuşdur. Bilik və yüksək texnologiyalara əsaslanan yeni iqtisadiyyatı formalaşdırmaq üçün İKT-nin inkişafı və hərtərəfli tətbiqi Azərbaycan Respublikasının iqtisadi siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sahə üzrə məsul dövlət qurumu və müvafiq Dövlət Proqramının əlaqələndiricisi olaraq, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi, tənzimləmə funksiyasının təkmilləşdirilməsi, İKT bazarının tənzimlənməsi və liberallaşdırılması, eləcə də sahənin istehsal potensialının artırılması istiqamətlərində çoxşaxəli fəaliyyəti təşkil etmişdir.
Avqust ayının 1-də Bakı şəhəri telefon şəbəkəsi 6 rəqəmli nömrələnmə sistemindən 7 rəqəmli nömrələnmə sisteminə keçirilmişdir. İyun ayının 14-də “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Oktyabr ayının 1-də Azərbaycan və MDB məkanında ilk dəfə olaraq Bakıda NGN-yeni nəsil şəbəkə avadanlığı tətbiq edilmişdir. Dekabr ayının 30-da “Azerfon”MMC-yə GSM mobil rabitə xidmətinin təşkili üçün xüsusi razılıq (lisenziya) verilmişdir. Bununla da mobil rabitə bazarına üçüncü operator daxil olmuşdur. “Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır. 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü elan edilmişdir. Fevralın 13-də “Regionların sosial-iqtisadi inkişafı üzrə (2004-2008-ci illər) Dövlət Proqramı”nın üç illiyi münasibətilə keçirilmiş konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqini prioritet məsələ elan etmişdir. Həmin vaxtdan bu sahənin inkişafına daha çox diqqət yetirilir, hökumət üçün həyat fəaliyyətinin bütün sahələrində informasiya texnologiyalarının tətbiqi əhəmiyyət kəsb edir, çünki İKT müasir zamanda rəqabət qabiliyyətinin və iqtisadi artımın katalizator rolunu oynayır. Post-sovet məkanında birinci olaraq Azərbaycanda ucqar və kiçik yaşayış məntəqələrinin tam telefonlaşdırılması başa çatdırılmışdır. DİLMANC layihəsi çərçivəsində Azərbaycan dilində nitq tanınması üçün proqram təminatı yaradılmışdır. Kompüterləşdirmə səviyyəsinin artırılması üçün “Xalq kompüteri” layihəsinin icrasına başlanılmışdır. 21 dekabrda BMT Baş Assambleyasının 64-cü sessiyasında Trans Avrasiya Super İnformasiya Magistralı layihəsinə dair qətnamə qəbul edilmişdir. Azərbaycanda kosmik sənayenin yaradılmasına start verilmişdir. Respublikanın regionlarının telefon şəbəkəsinin elektronlaşdırılması prosesi tam başa çatdırılmışdır. Azərkosmos ASC yaradılmışdır. Poçt şöbələrində yeni bank-maliyyə xidmətlərinin göstərilməsinə başlanmışdır. Ölkədə elektron hökumətin qurulması istiqamətində mühüm işlər görülmüş, dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinə başlanmışdır. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılmışdır. Noyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərman imzalayıb. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılmışdır. Noyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərman imzalayıb. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar tarixli 2664 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. 5 fevral tarixində “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. “İKT ili” çərçivəsində - fevralın 8-də müstəqillik tariximizin ən önəmli hadisələrindən biri kimi, Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - “Azərspace-1” Fransız Qvianasında yerləşən Kuru kosmodromundan uğurla orbitə buraxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2 aprel tarixli Fərmanı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə, həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 5 mart tarixli Fərmanı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin əsasnaməsi təsdiq edilmiş, həmçinin Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir. Mobil Cihazların Qeydiyyat Sistemi yaradılmış və may ayının 1-dən etibarən fəaliyyətə başlamışdır. Domen adlarının onlayn qeydiyyatı və Azərbaycan əlifbası ilə domen adlarının qeydiyyatı sistemi 2 oktyabr tarixindən etibarən istifadəyə verilmişdir. Dünya İqtisadi Forumunun “The Global Information Technology Report 2013” hesabatında Azərbaycan “Şəbəkələşmə hazırlığı indeksi”nə görə (Networked Readiness Index) əvvəlki mövqeyindən 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlmişdir. Hesabata əsasən, Azərbaycan internet istifadəçilərinin sayı göstəricisinə görə MDB və Orta Asiya ölkələri arasında lider mövqedə, eləcə də, 144 ölkə arasında “İKT-yə dəstəkdə hökumətin uğurları” indeksi üzrə 8-ci, “Hökumətin gələcək baxışlarında İKT-nin əhəmiyyətliliyi” indeksi üzrə 9-cu, internetin əlçatanlığı göstəricisinə görə isə 20-ci yerdə qərarlaşmışdır. Həmçinin, Dünya İqtisadi Forumunun “The Global Competitiveness Report 2013-2014” hesabatında “Qlobal rəqabətqabiliyyətlilik indeksi” üzrə Azərbaycan dünyanın 148 ölkəsi arasında 39-cu yeri tutmuş və əvvəlki hesabatla müqayisədə 7 pillə irəliləyərək yenə də MDB məkanında öz liderliyini qoruyub saxlaya bilmişdir. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “Measuring the Information Society - 2013” adlı hesabatında “İKT inkişaf indeksi” (IDI) üzrə əvvəlki hesabatla müqayisədə 7 pillə irəliləyərək 157 ölkə arasında 61-ci yeri tutmuşdur. Ümumilikdə 2013-cü ildə sektorun inkişafı ilə bağlı genişmiqyaslı tədbirlər görülmüş, müsbət uğurlara imza atılmış və “İnformasiya-kommunikasiya texnologiyaları ili” sektorun inkişafı baxımından yaddaqalan il olmuşdur. 25 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması
Martın 7-də Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır. 7 mart tarixində Əli Məmməd oğlu Abbasovun Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2 aprel tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilmişdir. Mayın 8-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin 15 may tarixli Fərmanı ilə “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli Fərmanı ilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə təsdiq edilmişdir. 4 noyabr tarixində “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1028-IVQD nömrəli Qanununun tətbiqi və “Poçt rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixli 696-IIIQD nömrəli “Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 17 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir. 2 dekabr tarixində Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində 2014-cü ilin iyun ayında orbitə çıxarılmış və yeni adı “Azersky” olan “Spot 7” yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki “Azərkosmos” ASC-yə təhvil verilmişdir. Müqavilə “Bakutel 2014” Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin iştirakı ilə imzalanmışdır. 15 dekabrda Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında poçt sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Dekabrın 15-də Azərbaycan Respublikasının Hökuməti ilə İran İslam Respublikasının Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir. 29 dekabrda Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Milli İnkişaf Nazirliyi arasında Azərbaycan Respublikasında Regional Məlumat Mərkəzinin yaradılması və innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. 19 fevral tarixində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir. 27 fevralda Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. 12 noyabr tarixində Əli Məmməd oğlu Abbasovun Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilmişdir. 25 noyabr tarixində R.N.Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır. 2 dekabrda Qafqazın ilk peyk operatoru “Azərkosmos” ASC Fransanın “Arianespace” şirkəti ilə ikinci telekommunikasiya peyki Azerspace-2 peykinin orbitə çıxarılmasına dair müqavilə imzalamışdır. Müqavilə “Bakutel 2015” Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin iştirakı ilə imzalanmışdır. Yanvarın 15-də R.N.Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilmişdir. 15 yanvar tarixində R.N.Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilmişdir. Fevralın 26-da “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilmişdir. 26 fevralda “Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 may tarixli 442 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilmişdir. Martın 10-da “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 143-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir. 17 mart tarixində Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Baş Departamenti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Aprel ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nəşr edilən “Şahmat üzrə Dünya Kuboku. Bakı-2015” adlı marka İtaliyada “Ayın ən orijinal markası” seçilmişdir. 24 iyunda Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli 185 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir. İyunun 24-də “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 115 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Sentyabrın 19-da Azərbaycan milli poçtu Ümumdünya Poçt İttifaqının Sürətli Poçt Xidmətləri üzrə növbəti dəfə Qızıl səviyyəli sertifikatı ilə təltif olunmuşdur. Sentyabrın 20-də “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilmişdir. Oktyabrın 4-də Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Oktyabrın 18-də “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 853 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir. Oktyabrın 21-də “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 316-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır. Noyabrın 28-də görmə qabiliyyəti məhdud olan insanlar üçün “Danışan kitabxana” istifadəyə verilmişdir. Xüsusi telefon xidməti vasitəsi ilə (1541) kitabxana 24 saat ərzində avtomatik rejimdə fəaliyyət göstərir. Fiziki imkanları məhdud olan insanları müxtəlif janr və üslublarda audiokitablarla təmin etmək üçün kitabxanada müxtəlif audiokitablar toplanmışdır. Audiokitabxana klassik və müasir Azərbaycan yazıçılarının əsərlərini və dünya klassiklərinin Azərbaycan dilinə tərcümə olunmuş əsərlərini özündə ehtiva edir. Dekabrın 5-də Bakıda Regional Data və Beynəlxalq Kommutasiya mərkəzləri istifadəyə verilmişdir. Data Mərkəzi “bulud” əsaslı İT həllər, eləcə də beynəlxalq trafik və sertifikatlaşdırma ilə bağlı digər xidmətlər də təqdim edir. Həmin Mərkəz vasitəsilə şəbəkələrarası sərhəd qoşulma nöqtələrində siqnal protokollarının ötürülməsinə, media-kanalların keyfiyyətinə, paketlərin gecikməsi və itməsinə də nəzarət həyata keçirilir. Mərkəz mobil şəbəkə üzrə daşınan mobil nömrələrə daxil olan zəngləri daşınmanı həyata keçirən operatorun şəbəkəsinə terminasiya edir, eləcə də sifarişçilərin istəklərinə uyğun olaraq müxtəlif tarif paketlərinin tətbiqi, silsilə servislərin idarə edilməsinə də təminat yaradır. Beynəlxalq Kommutasiya Mərkəzi isə giriş və çıxış zənglərinin monitorinqinin təkmilləşdirilməsini, analoq və ya rəqəmli kommunikasiya kanalında bir neçə siqnalın və ya sürət-bit axınının olduğu kimi verilməsini mümkün edir. Bu platformadan istifadə edərək əhali və biznes sektoru üçün səs, video, data, SMS və digər müxtəlif telekommunikasiya və multimedia xidmətlərinin göstərilməsi təmin olunur. Burada çoxlu sayda istifadəçinin kommunikasiya əlaqəsi TDM adlandırılan cihaz vasitəsilə yüksək sürətli lif əlaqələr üzərindən qarşı stansiyaya ötürülür ki, bu da son müştərinin heç bir maneəsiz, kəsintisiz, yüksək etibarlı xidmətlər almasına və əməliyyatlar aparmasına zəmin yaradır. Dekabrın 7-də Azərbaycan Ümumdünya Poçt İttifaqının Poçt Əməliyyatları Şurasına üzv seçilmişdir. Dekabrın 12-də Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 371-VQD nömrəli Qanununun tətbiqi haqqında və “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 369-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncamları imzalanmışdır. Dekabrın 20-də Respublika ərazisində tam olaraq açıq paketli rəqəmli televiziya yayımına keçilmişdir. Dekabrın 21-də “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 400-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir. Dekabrın 23-də “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 460-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi təsdiq edilmişdir. Yanvarın 19-da Bakı şəhərində internet abunə haqları üzrə öncədən ödəmə sisteminə keçilmişdir. Yanvarın 25-də “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 418-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması
Fevralın 13-də Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və R.N.Quluzadənin Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilmişdir. Fevralın 15-də “Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 oktyabr tarixli 638 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir. Fevralın 15-də Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 153 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Poçt göndərişlərinə təhlükəsizlik nəzarəti Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Martın 2-də İtirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması üzrə “Poçtap” xidməti istifadəyə verilmişdir. Bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyəti üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyəti orqana təslim edilir. Martın 16-da “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir. Martın 17-də “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 540-VQD nömrəli Qanununun tətbiqi və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Martın 17-də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 539-VQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Martın 18-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilən əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai internet” şəbəkəsi istifadəyə verilmişdir. Bu gün paytaxtımızın əsas parklarında əhali pulsuz internet xidmətindən uğurla istifadə edir. Aprelin 5-də Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Fransa Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi arasında innovasiya, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir. Aprelin 5-də “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 246 nömrəli Fərmanının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, eləcə də “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 65 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. 17-18 apreldə Azərbaycanda ilk dəfə beynəlxalq “Açıq İnnovasiyalar üzrə Startap Turu” keçirilmişdir. Bakıda Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiya Federasiyasının “Skolkovo” Fondunun birgə təşkilatçılığı ilə keçirilən turun Azərbaycandan olan qalibləri “Spinal” komandasının “Lia” layihəsi, Orxan Əhmədovun “Kvotter” layihəsi, Şahlar Paşayevin “Sağlam Yaşam platforması” layihəsi olmuşdur. Turun Rusiyada keçirilən yekun müsabiqəsində “Lia” layihəsi ilk beşliyə daxil olmuşdur. 31 may tarixində Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli 185 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir. İyunun 5-də “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 608-VQD nömrəli Qanununun tətbiqi və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. İyunun 16-da “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir. 22 iyunda “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 672-VQD nömrəli Qanununun tətbiqi və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. 11 iyulda “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 700-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilmişdir. Avqustun 7-də “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 fevral tarixli 2669 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir. Oktyabrın 17-də Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılmışdır. 30 oktyabr tarixində ölkəmiz və region üçün mühüm əlamətdar hadisə olaraq Azərbaycan Respublikası Prezidentinin və bir sıra ölkə rəhbərlərinin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilmişdir. İlk qatar Bakıdan Qarsa yola salınmışdır. Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi ilə hər iki istiqamətdə multimodal daşımaların həcminin artırılmasında mühüm rol oynayacaqdır. Bakı Nəqliyyat Agentliyi (BNA) ilə birlikdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində paytaxtın ictimai nəqliyyat şəbəkəsinin optimallaşdırılması çərçivəsində ətraf rayon, şəhər və qəsəbələrdən Bakı şəhəri istiqamətində sərnişindaşıma xidmətinin qanunvericiliyin tələblərinə uyğunluğunun, səmərəliliyinin və keyfiyyətinin təmin edilməsi, eləcə də regionlardan və mərkəz istiqamətindən gələn avtobusların bu mərkəzdə cəmlənməsi üçün Nəqliyyat Qovşağı (HUB) yaradılmışdır. Marşrut xətlərində fəaliyyət göstərən köhnə, istismar müddətini keçmiş avtobusların yenilənməsi üçün tədbirlər davam etdirilmişdir. Belə ki, ölkənin şəhərlərində şəhərdaxili sərnişin daşınmasını təmin edən marşrutların optimallaşdırılması aparılır, bir-birini təkrarlayan və səmərəsiz avtobus marşrutları ləğv edilir, əhalinin tələbatına uyğun olan digər yeni marşrutların açılması təmin olunur. 6 noyabr tarixində “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 807-VQD nömrəli Qanununun tətbiqi və “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 115 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Fərman imzalamışdır. Yanvarın 9-da ölkə rəhbərliyinin iştirakı ilə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Ro-Ro terminalının açılışı olmuş və limanın birinci fazası üzrə tikinti işlərinin 2018-ci ilin ortalarına tamamlanması nəzərdə tutulur. Yanvarın 12-də Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalamışdır. Həmin Fərmanla Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu və əsasnaməsi təsdiqlənmişdir. Martın 1-də İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən İKT sahəsi üzrə innovativ və tətbiqi elmi-texniki layihələrin maliyyələşdirilməsi məqsədi ilə 6-cı qrant müsabiqəsi elan edilib. Müşahidə Şurasının qərarı ilə 5 layihə müsabiqənin qalibi olub. Qeyd edək ki, ümumilikdə keçirilmiş 6 müsabiqə üzrə 117 layihəyə qrant ayrılıb. Mayın 14-də Prezident İlham Əliyevin iştirakı ilə paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılış mərasimi keçirilib. İyulun 12-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Microsoft” şirkəti ilə dövlət strukturları üçün proqram təminatı lisenziyalarının alınması haqqında 3 illik saziş imzalayıb. Tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının kompüterlərini (20,000 lisenziya) “Microsoft” proqram təminatı lisenziyaları (Windows Pro, Office 365 ProPlus, Core CAL) ilə təmin etmək, habelə ali təhsil müəssisələrini akademik güzəşt ilə lisenziyalaşdırmaq (10,000 lisenziya) nəzərdə tutulub. İyulun 31-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 336 nömrəli qərarına əsasən, mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun yeni məbləği formalaşdırılıb. Qeyd edək ki, yeni tariflər rəsmi qaydada ölkəyə idxal edilən topdansatışı reallaşdırılan cihazlara şamil olunmur. Mobil cihazların yeni qeydiyyat rüsumu üzrə informasiya sistemi istifadəyə verilib. 03-07 sentyabr tarixlərində Bakıda ilk dəfə olaraq MDB ölkələrinin kibertəhlükəsizlik üzrə milli qruplarının bilik və bacarıqları yoxlanılıb. 24-25 sentyabr tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə Bakıda ilk Elektron Ticarət Forumu keçirilib. Oktyabrın 4-dən yerli startap və innovativ layihə müəlliflərinə səfər qrantlarının verilməsinə başlanılıb. Səfər qrantları Azərbaycan Respublikasında fəaliyyət göstərən startap və innovativ layihələrin müəlliflərinə xaricdə investisiya yönümlü beynəlxalq startap tədbirlərində iştirak etmək, həmçinin xarici investorlarla görüşlər keçirmək üçün səfərlərin edilməsi məqsədilə verilir. 26-30 oktyabr tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Heydər Əliyev Mərkəzi ilə birgə “İnnovasiyalar həftəsi” təşkil edib. Layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlar təşkil olunub, dünyanın ən ağıllı robotu hesab olunan “Sofiya” Bakıya gətirilib. “İnnovasiyalar həftəsi”nin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən təşkil olunan ilk əsas tədbirində “Bilik iqtisadiyyatı – Azərbaycanın innovasiya yol xəritəsi layihəsi” təqdim olunub. Nazirliyin tabeliyindəki “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC ilə “Microsoft Azərbaycan” arasında ölkəmizdə ilk dəfə olaraq “Əşyalar interneti” laboratoriyalarının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. “İnnovasiyalar həftəsi” çərçivəsində “İdeyadan biznesə” startap turlarının respublika üzrə qalibləri də seçilib. Qeyd edək ki, “İdeyadan biznesə” zamanı 7 ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarında keçirilən startap turuna 2 mindən çox iştirakçı qatılıb, ümumilikdə seçilən 75 komandadan 15-i respublika finalında iştirak hüququ qazanıb. Sonda 3 layihə turun respublika üzrə qalibi olub. Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Noyabrın 16-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə ölkədə ilk dəfə olaraq Bakı şəhərində yerləşən 23 nömrəli tam orta məktəbdə “Robopark” robotexnika laboratoriyası yaradılıb. Laboratoriyanın yaradılması Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə həyata keçirilən layihə çərçivəsində reallaşdırılıb. Burada robotların yaradılması, onların idarə olunması üçün proqramlaşdırma sirləri öyrədilir. 04-07 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunan XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransı – “Bakutel-2018” də uğurları ilə yadda qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı sərginin nüfuzunu artırıb. Builki sərgidə 20 ölkədən 230 şirkət iştirak edib, 10 ölkə – ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya milli pavilyonla təmsil olunub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim ediblər. Pavilyonda telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən nanotexnologiyalar, “Elektron imza” infrastrukturu, “Data Mərkəzi”n “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər, eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələri nümayiş olunub. Sərgidə İKT sahəsində bir çox yerli layihələrlə yanaşı, Azərbaycanın birbaşa iştirak etdiyi beynəlxalq layihələr də öz əksini tapıb. “Bakutel-2018” sərgi-konfransı çərçivəsində “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Rusiya Poçtu” arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Nazirliyin Məlumat Hesablama Mərkəzi ilə “Samsung Electronics” arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu bağlanıb. Məlumat Hesablama Mərkəzi ilə Belarus Respublikasının Rabitə və İnformasiya Nazirliyinin Tətbiqi Proqram Sistemləri İnstitutu (TPSİ) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. 2018-ci ildə Bakı şəhərində bir xətt üzərindən üç xidmət – telefon, internet və televiziya xidmətlərinin göstərilməsini təmin edən GPON layihəsi davam etdirilib və yeni simsiz rabitə texnologiyalarına əsaslanan LTE layihəsinin həyata keçirilməsinə başlanılıb. Regionların telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi üzrə Şimal, Qərb və Cənub istiqamətlərində irimiqyaslı layihənin icrasına başlanılıb. Layihə çərçivəsində quraşdırılacaq yeni stansiyalar bir milyon istifadəçini müasir telekommunikasiya xidmətləri ilə təmin edəcək. Əhalinin və turistlərin ictimai yerlərdə internetə daha rahat çıxışını təmin etmək üçün Bakıda “İctimai Wi-Fi” qurulan parkların sayı 20-yə çatdırılıb. Ölkədə beynəlxalq internet kanallarının ümumi tutumu 820 qeqabitədək artırılıb. Beynəlxalq səs trafikinin etibarlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə Beynəlxalq Telefon Stansiyasının üç ehtiyat sistemi istismara verilib. Azərbaycanın Data Mərkəzindəki məlumatların qorunma təhlükəsizliyini artırmaq məqsədilə Yevlax şəhərində Ehtiyat Data Mərkəzinin tikintisinə başlanılıb. “Açıq məlumatlar” portalında olan açıq məlumatların sayı 655-ə çatdırılıb. Portal yeni domen ünvanında – “http://www.opendata.az” fəaliyyətə başlayıb. Ölkəmizdə də dünyada ilk dəfə olaraq həyata keçirilən domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib. Yeni nəsil şəxsiyyət vəsiqələrində “Elektron imza” sertifikatları yerləşdirilib. Türkiyə Respublikası ilə elektron imzaların qarşılıqlı tanınması sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Nazirliyin Yüksək Texnologiyalar Parkında yaradılmış Biznes İnkubasiya Mərkəzinə 25 startap qəbul edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında müasir standartlara cavab verən yeni İnnovasiya Mərkəzinin yaradılması ilə bağlı işlərə start verilib. “Yüksək Texnologiyalar Parkı”nın “Mars Academy” şirkəti ilə əməkdaşlığı çərçivəsində məktəblilər üçün “Robotiks” kursları təşkil edilib. Azərbaycan Poçtu beynəlxalq tranzit poçt mərkəzi kimi fəaliyyətini uğurla davam etdirib. Qeyd edək ki, layihə çərçivəsində Çindən sifariş olunan elektron ticarət məhsulları Azərbaycana gətirilir və “Azərpoçt” tərəfindən tranzit poçt kimi emal olunaraq, artıq dünyanın 20-dək ölkəsinə çatdırılır. Poçtdaşımaları “Silk Way” və “Azal” aviaşirkətləri vasitəsilə həyata keçirilir. Azərbaycan Ümumdünya Poçt İttifaqı tərəfindən sürətli poçt rabitəsi xidmətləri üzrə beynəlxalq mükafata layiq görülüb. Vətəndaşların telekommunikasiya, poçt və digər xidmətlərlə daha keyfiyyətli təmin olunması məqsədilə Bakıda və regionlarda yaradılan “Şəbəkə” xidmət mərkəzlərinin sayı 9-a çatdırılıb. Gələcəkdə bu layihə davamlı olaraq həyata keçiriləcək. Bakıda və Abşeron yarımadasında televiziya və radio proqramlarının keyfiyyətli və fasiləsiz yayımının təşkili üçün yeni alternativ “Gənclik” teleqülləsi istifadəyə verilib. Nazirliyin Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində qurulan mövcud texnologiyalar əsasında yeni innovativ materiallar – GSM modullu spirt siqnalizatoru (prototip), nanokarbon/keramika kompozitləri əsasında elektrik qızdırıcı elementlər, yüksək istilik keçirici və istilik yayma qabiliyyətinə malik nanokarbon/keramik radiatorlar hazırlanıb. Türkiyə ilə şəhərlərarası sərnişin aviareyslərinin sayı 3 dəfə artırılıb. Şəhərlərarası sərnişin reysləri həftədə 45 reysdən 127 reysədək çatdırılıb. ABŞ-ın Federal Aviasiya Administrasiyası Azərbaycanda uçuşların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını təsdiq edib. İKT sektorunda görülən işlərin fonunda ölkəmizin artan nüfuzunun göstəricisidir ki, bu gün Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) həm Şurasında və həm də Komitəsində təmsil olunan azsaylı ölkələrdəndir. İttifaqın 4 ildən bir keçirilən Səlahiyyətli Konfransında Azərbaycan 119 səslə BTİ-nin Şurasında təmsil olunan 48 ölkədən biri olub. Ölkəmiz ardıcıl olaraq 2-ci dəfədir ki, Şuraya üzv seçilir. Bundan başqa, BTİ-nin Radio Tənzimləmə Komitəsinə seçkilərdə ölkəmizin namizədi ilk dəfə seçkilərdə qalib gəlib. Bu, 1992-ci ildən BTİ-nin üzvü olan ölkəmiz üçün böyük uğurdur. 2018-ci il üzrə beynəlxalq reytinqlərdəki göstəricilərdə sahə üzrə irəliləyişlər xüsusi diqqət çəkir. Belə ki, Dünya İqtisadi Forumunun 2018-ci il üzrə “Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”nın “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi”ndə Azərbaycan dünyanın 140 ölkəsi arasında 69-cu yerdə olub. Ölkəmiz sözügedən hesabatın “Əlverişli mühit” bölməsinin “İnstitutlar” göstəricisi üzrə 58-ci, “İnfrastruktur” göstəricisi üzrə 46-cı, İKT-nin istifadə səviyyəsi göstəricisi üzrə 69-cu yerdə qərarlaşıb. Bundan başqa, ölkəmiz İKT-dən istifadə səviyyəsi göstəricisinin hər 100 nəfərə düşən mobil abunəçiləri alt göstəricisi üzrə 97-ci yeri, hər 100 nəfərə düşən mobil genişzolaqlı abunəçiləri göstəricisi üzrə 88-ci yeri, hər 100 nəfərə düşən sabit genişzolaqlı internet abunəçiləri göstəricisi üzrə 53-cü yeri, hər 100 nəfərə düşən fiber-optik internet istifadəçiləri göstəricisi üzrə 55-ci yeri, internet istifadəçiləri göstəriciləri üzrə 36-cı yeri tutub. “İnternet istifadəçiləri” göstəricisinə görə ölkəmiz digər MDB ölkələri ilə müqayisədə lider olub. Bununla yanaşı, Azərbaycan hesabatın “İnnovativ Ekosistem” bölməsinin “Biznesin dinamikliyi” göstəricisi üzrə dünyanın 140 ölkəsi arasında 31-ci yerdə, “İnnovasiya potensialı” göstəricisi üzrə isə 71-ci yerdə qərarlaşıb. 2018-ci ildən etibarən icrasına başlanmış “I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində 2019-cu ildə ölkəmizin 12 regionunu əhatə edən genişmiqyaslı startap turları təşkil edilib. Fevralın 22-də “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanıb. 11– 15 mart tarixlərində Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçirilib. “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində aidiyyəti qurumlarla birgə “Regional İnternet İdarəçilik Forumu”, “Hackathon” müsabiqəsi, “Kibertəhlükəsizlik Həlləri üzrə Seminar”, “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti”, “ISO 27001” üzrə Sertifikatlaşdırma”, “Azərbaycan Respublikasında CERT xidmətləri: kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı və s. bu kimi mövzularda tədbirlər təşkil edilib. Martın 30-da Beynəlxalq Dron Olimpiadasının Azərbaycan finalı baş tutub. Mayın 1-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində “Əşyaların interneti” laboratoriyası fəaliyyətə başlayıb. 29 may – 4 iyun tarixlərində Azərbaycanda ilk dəfə olaraq “İnnovasiya Festivalı” (“İnnoFest”) keçirilib. “İnnoFest” çərçivəsində təşkil edilmiş Beynəlxalq “Lightest” Forumu, “ICT innovation and startup ecosystems” seminarı, “EU4 Digital proqramı”nın təqdimatı, “Monex Summit”, Gənclər İnternet İdarəçilik Forumu, “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu və III Robot Olimpiadasına ümumilikdə 1500 nəfərdən artıq iştirakçı qatılıb, onlardan 158 nəfərini xarici qonaq təşkil edib. “İnnoFest Village”i isə 1800-dən artıq yerli sakin, 300-dən çox əcnəbi qonaq ziyarət edib. İyunun 3-də “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanıb. 11 – 13 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian 2019” və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2019” sərgiləri təşkil olunub. Avqustun 26-dan etibarən Azərbaycanda ilk dəfə olaraq Bakı şəhəri və Abşeron yarımadası ərazisində bir paketdə 12 radio proqramının rəqəmli test yayımına başlanıb. 28 – 30 avqust tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə “AZCLOUD Hackathon 2019” müsabiqəsi keçirilib. 29 – 31 avqust tarixlərində “İ2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində Şamaxıda “İnnocamp” innovasiya yay düşərgəsi təşkil olunub. Oktyabrın 1-dən avtobus marşrutlarının gecə reysləri bərpa olunub. 16 oktyabrda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) Avropa Dəniz Limanları Təşkilatının (European Sea Ports Organization – ESPO) PERS – EcoPorts” sertifikatına layiq görülüb. 18 – 24 oktyabr tarixlərində Azərbaycanda ikinci dəfə “InnoWeek – İnnovasiya həftəsi” keçirilib. Həftə çərçivəsində “I2B – İdeyadan Biznesə” layihəsinin respublika finalı “Roboday” sərgisi, II “Bakı Elektron Ticarət Forumu” (BEF – 2019), “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda “dəyirmi masa”, “Eurasia İnnovation Day”, “Kaspersky Security Day” tədbirləri, “İnnovation Awards Gala” mükafatlandırma mərasimi təşkil edilib. Oktyabrın 28-də Ağdaş Rayon Telekommunikasiya Qovşağında “Şəbəkə” Xidmət Mərkəzi istifadəyə verilib. 3 – 6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi keçirilib. “Bakutel 2019” Sərgisində 23 ölkədən 240-a yaxın şirkət iştirak edib. Sərgiyə 25 minə yaxın ziyarətçi qatılıb, onlardan 6 min nəfəri uşaq olub. 2019-cu ildə Azərbaycan Rabitə Administrasiyasının 3 nümayəndəsi Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Bürosunun Tədqiqat qruplarında rəhbər vəzifələrə seçilib. “Azərpoçt” MMC tərəfindən Bakıda tam müasir standartlara uyğun olaraq yenidən qurulmuş 1, 22, 33 və 46 saylı poçt şöbələri istifadəyə verilib. Azərbaycan uçuşların təhlükəsizliyinə nəzarətin təmin edilməsi sahəsində əldə olunmuş irəliləyişə və beynəlxalq standartların effektiv tətbiqində qazanılmış yüksək nailiyyətlərə görə Beynəlxalq Mülki Aviasiya Təşkilatının Şurasının prezidentinin “Yüksək nailiyyətlərə görə şəhadətnamə”si ilə təltif edilib. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı – 2019”da Azərbaycan “innovasiya yönümlü kompaniyaların artımı” göstəricisinə görə 141 ölkə arasında 21-ci yeri tutub.