“İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə Xüsusi icazə” verilməsi

Prosedur barədə məlumat

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 dekabr 2005-ci il tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının Siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 dekabr 2005-ci il tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi qaydaları”na uyğun olaraq xüsusi icazə verilir.

 

İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi qaydaları”na uyğun olaraq tələb olunan sənədlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim edilməklə xüsusi icazə alınmalıdır.

 

Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar və ya imtinaya əsas olmadıqda sənədlər qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmayaraq xüsusi icazə verilir.

 

Xüsusi icazənin müddəti 1 (bir) ildir.

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R