“Hökumət buludu”

 

Məqsəd: Dövlət orqanlarının informasiya sistemlərinin istismarı, infrastrukturunun qurulması və standartların formalaşdırılması üzrə tədbirlərin əlaqələndirilməsi

 

İcraçı: “AzInTelecom” MMC 

 

“Hökumət buludu”nun yaradılması Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində yer alıb. 

 

Fərmana əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, büdcə təşkilatlarının, publik hüquqi şəxslərin dövlət informasiya sistemlərinin və ehtiyatlarının Data Mərkəzində saxlanılmasını, həmçinin “Hökumət buludu”ndan istifadəni təşkil etməli, Data Mərkəzində və “bulud” texnologiyasına əsaslanan “bulud” xidmət modellərində dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və aparılması, elektron xidmətlərin təşkili üçün texnoloji mühiti təmin etməlidir.

 

Fərman əsasında “Hökumət buludu (G-cloud) Konsepsiyası” təsdiq edilib.

 

Konsepsiyada qeyd edilib ki, 2000-ci ildən ötən dövr ərzində informasiya texnologiyaları üzrə xidmət və ya avadanlığın satın alınması, məlumat təhlükəsizliyinin təmin edilməsi, enerji sərfiyyatı və şəxsi heyət xərclərinin azaldılması sahəsində aparılmış araşdırmalar kompüter resurslarından istifadəyə bir mənbədən xidmət edən tor hesablama texnologiyasını (grid computing) və yerləşdirmə (hosting) xidmətlərini ortaya çıxarıb. Lakin bu texnologiyalardan istifadə təşkilatların fəaliyyətinin artan ehtiyaclarının ödənilməsində yetərli dərəcədə səmərəli olmadığı üçün hesablama xidmətlərinin kənar mənbələrdən cəlb edilməsi (outsorsinq) ilə istifadəsinin mümkünlüyü və data mərkəzlərinin sənaye miqyasında xidmət göstərməsi “bulud hesablama” texnologiyasının meydana gəlməsinə zəmin yaradıb. “Bulud hesablama” texnologiyası çoxsaylı kompüter və serverlərə, onlarda yerləşdirilmiş tətbiqi proqramlara, proqram platformasına və ya infrastruktura hər növ qurğudan məsafədən çıxışı təmin edir.

 

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R