GPON

 

 

Məqsəd: Əhalini müasir və keyfiyyətli telekommunikasiya xidmətləri ilə təmin etmək

 

İcraçılar: “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC

 

GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə) layihəsinin icrasına artıq başlanılıb. Belə ki, Bakı şəhərində və respublikanın bir sıra regionlarında müəyyən bina və ərazilərdə GPON texnologiyası ilə internet xidmətləri təmin edilir və bu xidmətlər fiber-optik xətləri üzərindən qurulur.

 

Görülən işlər çərçivəsində müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir.

 

Bu layihə çərçivəsində hər bir mənzildə istifadəçilər “1 xətt – 3 xidmət” paketinə qoşulmaq imkanı əldə edirlər. Bu xidmətlərə sabit telefon xidmətindən istifadə, yüksəksürətli internet təminatı və 150-dən yuxarı yerli və beynəlxalq telekanalı izləmə (yaddaşda qalan son 3 günü arxivdən istənilən yayıma baxmaq imkanı ilə) daxildir.

 

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R