İctimai Şura

 

Vətəndaş cəmiyyəti institutlarının nəzərinə!

 

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyət istiqamətləri üzrə şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin 19 mart 2021-ci il tarixli Ə-33/21 nömrəli Əmri ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkinin təşkili məqsədilə Nazirliyin əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla  9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.

 

Bununla əlaqədar olaraq 30 mart 2021-ci il tarixdən etibarən 20 iş günü müddətində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 26 aprel 2021-ci il tarixində başa çatacaqdır.

 

Seçki ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş qəbulu  şöbəsinə müraciət oluna bilər.

 

Əlavə məlumat üçün Nazirliyin İctimaiyyətlə əlaqələr və vətəndaş qəbulu şöbəsi ilə əlaqə saxlanılmalıdır. Əlaqələndirici şəxs: Rəna Hacıyeva, Tel: 012 4939399; e-poçt: ictimaishura@mincom.gov.az  

 

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İctimai şuraya seçkilərin təşkili məqsədi ilə Seçki Komissiyasının yaradılması haqqında Əmr

 

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə

 

İctimai iştirakçılıq haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Ə S A S N A M Ə

 

Namizədlərə dair tələblər və onların qeydiyyatı qaydası

 

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R