
Hökumətlərarası Komissiyalar
№ |
Komissiya |
Son iclas |
Komissiyanın həmsədrləri |
Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi |
1. |
Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiya |
Komissiyanın 9-cu iclası 2018-ci ilin 1 mart tarixində Vyana şəhərində keçirilmişdir. |
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri
Avstriya Respublikasının Rəqəmsal və İqtisadi İşlər üzrə federal nazirinin müavini |
|
2. |
Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya |
Komissiyanın 3-cü iclası 2017-ci ilin 7 aprel tarixində Bakı şəhərində keçirilmişdir. |
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri
Estoniya Respublikasının Dövlət İdarəçiliyi naziri |
|
3. |
Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiya |
Komissiyanın 1-ci iclası 2013-cü ilin 4 dekabr tarixində Bakı şəhərində keçirilmişdir. |
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri
İraq Respublikasının Rabitə naziri |
|
4. |
Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya |
Komissiyanın 4-cü iclası 2018-ci ilin 21-22 fevral tarixlərində Qahirə şəhərində keçirilmişdir. |
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri
Misir Ərəb Respublikasının İnvestisiya və Beynəlxalq Əməkdaşlıq naziri |
|
5. |
Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya |
Komissiyanın 2-ci iclası 2020-ci ilin 6 fevral tarixində Bakı şəhərində keçirilmişdir. |
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini
Koreya Respublikasının Ticarət, Sənaye və Energetika nazirinin müavini |