Mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 iyul tarixli 336 nömrəli qərarına əsasən, mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri mobil cihazın bazar qiymətinə uyğun müəyyən edilir. 

 

Bu qərarın müvafiq bəndinə (1.2) əsasən, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil cihazların bazar qiymətlərini və həmin qiymətlər müəyyən edilərkən istinad olunan onlayn beynəlxalq elektron informasiya sistemi barədə məlumatın öz rəsmi internet saytında yerləşdirilməsini və mütəmadi olaraq yenilənməsini təmin edir.

 

Aşağdakı keçiddən istifadə etməklə, mobil cihazların istehsalçı şirkətini seçərək, model üzrə  axtarış etməklə cihazın qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğlərini öyrənmək mümkündür.

 

http://www.imei.az/phones

    Şriftin ölçüsü

    A A A

    Saytın rəngi

    R R R