“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi
“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (Teleradio İB) 22 fevral 2006-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.
Xidmətlər:
- Yerüstü efir analoq televiziya yayımı;
- Yerüstü efir analoq radio yayımı ;
- Yerüstü efir rəqəmli televiziya yayımı DVB-T;
- Radio-televiziya proqramlarının peykdən yayımı DVB-S;
- Analoq və rəqəmsal Radio rabitəsi (Radio rele xətləri);
- Peyk rabitəsi ( Səs, Data, İnternet və s.) kanallarının təşkili;
- FM Radio və TV vericilərin anten-fider sistemlərinin layihələndirilməsi və istismarı;
- Özəl Radio və TV şirkətlərinin, Neft Konsorsiumunda iştirak edən şirkətlərin və digər radio-rabitə istifadəçilərinin avadanlıqlarına texniki xidmətin göstərilməsi.
Hazırda “Teleradio” İB Azərbaycan Respublikası ərazisində DVB-T standartlı rəqəmli TV yayım şəbəkəsinin qurulması layihəsini reallaşdırmaqdadır.