
"Bakı Telefon Rabitəsi" MMC
“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) 1997-ci ildə yaradılıb.
2017-ci ilin 19 iyul tarixində isə “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq yenidən təşkil edilib.
İlk dövlət internet şəbəkəsi “Bakİnternet” 2001-ci ilin 10 may tarixində BTRİB-in nəzdində yaradılıb.
“Bakı Telefon Rabitəsi” MMC dövlət orqanlarına, korporativ və fərdi seqmentdən olan 630 mindən çox müştəriyə bütün növ müasir telekommunikasiya xidmətləri – telefon, internet, DATA, İPTV, CDMA və LTE texnologiyalarına əsaslanan IP telefoniya xidmətləri təqdim edir. Əlavə olaraq, şirkət rabitə qurğularının layihələndirilməsi xidmətini də həyata keçirir.
Şirkətin bütün istismar ərazisini əhatə edən kabel-kanal qurğuları, fiber-optik şəbəkəsi, IP/MPLS texnologiyasına əsaslanan daşıyıcı şəbəkəsi, GPON texnologiyasına əsaslanan paylayıcı şəbəkəsi mövcuddur.
Qurumun tabeliyində 6 Rabitə xidmətləri mərkəzi, həmçinin “Azərrabitəlayihə” MMC və “AzEuroTel” MMC fəaliyyət göstərir.
Müştəri məmnuniyyətinin yüksəldilməsi və xidmət coğrafiyasının genişləndirilməsi məqsədi ilə hazırda fiber-optik, magistral və paylayıcı şəbəkənin əhatə dairəsinin artırılması istiqamətində layihələr həyata keçirilir.