• Bakı şəhəri, AZ1003, Xanlar küçəsi 2B
  • (+99412) 497 44 05
  • (+99412) 497 44 06
  • info@ddla.gov.az
  • www.ddla.gov.az

“Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılıb.

 

 

“Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs:

 

Azərbaycan Respublikasının ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətinin formalaşmasında, həyata keçirilməsində və inkişafında iştirak edir, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirir;

 

Dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi, habelə dənizçilərin hazırlanması sahəsində tədbirlər görür;

 

Dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsində iştirak edir və dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər (naviqasiya və mayak, bələdçi, kanal, lövbər və gəmi yığımı) göstərir.